Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-521/2022 15.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs 02 yanvar 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, iki yetkinlik yaşına çatmayan uşağı olan, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış sahəsində yaşayan haqqında Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında AP seriyalı ******* nömrəli, 26 mart 2022-ci il tarixli protokola və iş materiallarına əsasən sürücü Şəxs 26 mart 2022-ci il tarixdə, saat 23:45-də «Ligan LF-71601» minik markalı, **-GR-*** dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur. 26 mart 2022-ci il tarixdə, saat 23:45-də «Ligan LF-71601» minik markalı, **-GR-*** dövlət nömrə nişanlı avtomobili ilə qonaqlarını yola salarkən Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış sahəsində YPX əməkdaşı idarə etdiyi avtomobili saxlamışdır. Müayinə zamanı onun sərxoş olduğu müəyyən edilmişdir. O, həmin günü səhər saat 10-11 radələrində 300 qram spirtli içki araq içmişdir. Ailəyə qazanc gətirən yeganə şəxs olduğunu və törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək cərimə olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, iş materiallarına əlavə olunan 26 mart 2022-ci il tarixli Alkotester məlumatından görünür ki, Şəxs sərxoşluq dərəcəsi - 0,562 promildir. Məhkəmə Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, ailəyə qazanc gətirən yeganə şəxs olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, işinin sürücülük vəsiqəsi ilə bağlı olduğunu və məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 333.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-521/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-521/2022
15.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver