Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-522/2020 06.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1973-cü il tarixdə Gədəbəy rayonunun Sovetobad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1 və 329.1-ci maddələri ilə Bakı şəhəri BPİ Dövlət X2 daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Şəxs xx xxx 2020-ci il tarixdə “QAZ 31105”minik markalı ** NK *** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmışdır. Yoxlama zamanı onun sürücünün sərxoş halda avtomobili idarə etməsi məlum olmuşdur. Hadisə ilə bağlı Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti inspektoru X1 tərəfindən xx xxx 2020-ci il tarixdəAzərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhərBPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, xx xxx 2020-ci il tarixdə idarə etdiyi “QAZ 31105”minik markalı ** NK *** qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Dövlət yol polisinin əməkdaşları tərəfindən heç bir qanun pozuntusu etmədən saxlanılıb, alkoqollu içki qəbul etməsini soruşduqda, o “GO” adlanan spirtl içki içdiyini bildirdikdən sonra əməkdaş onun içkili olub-olmamağımı yoxlamaq üçün “alkotester” adlanan aparta üfürməyimi bildirmişdir. O da həmin aparata nəfəsini verdikdən sonra əməkdaş onun içkili olduğunu və alkoqolun 0,418 promil olduğunu bildirmişdir. O, dərhal etiraz etdikdə polis əməkdaşı ona qısa məzmunlu izahat yazmağını və işin həll edəcəyini bildirdiyi üçün əməkdaşların dediyi formada izahat yazmışdır. Sonradan avtomobilinin cərimə meydançasına aparıldığını gördükdə dərhal o özü Respublika Narkoloji Mərkəzinə yaxınlaşaraq sərxoşluq müayinəsi aparılmasını xahiş etmişdir. Həkim R.Məmmədov tərəfindən saat 10:20 radələrində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə nəticəsində qanında alkoqolun konsentrasiyasının faizi 0,00 promilli olması aşkar olunmuş və 2/6789 saylı protokol ilə rəsmiləşdirilmişdir. Bundan başqa, qanında alkoqolun konsentrasiyasının faizinin 0,00 promil olması ilə “alkotester” adlanan apartın göstərici arasında olan nisbətin aşağı olması 02 saat 50 dəqiqə sonra müayinədən keçməsi ilə əlaqələndirdi. Əməlindən peşmandır. Ədalətli qərar qəbul edilməsini xahiş etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olduğuiş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-522/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-522/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver