Məhkəmə qərarları › İş №3(003)-522/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-522/2022

05.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-522/2022 05.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqli Nəcəfovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İlin Vladislav Aleksandroviçin, Müdafiəçi Qocayev Orxan Ələddin oğlunun, Tərcüməçi Mirzəyeva Mahirə Bayaz qızının iştirakı ilə 23 iyul 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə subay, 2 azyaşlı uşağı olan, işləməyən və əvvəllər inzibati məsuliyyətə cəlb olunan, ünvan 1 ünvanda qeydiyyatda olan İlin Vladislav Aleksandroviçin haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqli Nəcəfov tərəfindən tərtib olunmuş 05 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu İlin Vladislav Aleksandroviç İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da V.A.İlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqli Nəcəfov göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən xx.xx.2016cı il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü İlina Kamilə Vladimir qızının və xx.xx.2010-cu il təvəllüdlü İlina Sofiya Vladimir qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 100 manat məbləğində aliment İlin Vladislav Aleksandroviçdən tutularaq İsmayılova Natalya Arif qızına verilməlidir. xx.xx.2017-ci il tarixdə icra sənədinin icraata başlanması barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və V.A.İlinin adına hər hansı bir əmlakın olmaması barədə cavablar alınmışdır. Borclu alimenti ödəmədiyinə və icra məmurunun çağırışlarına gəlmədiyinə görə Xəzər rayon icra şöbəsinin xx.xx.2017-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qərarları ilə barəsində axtarış elan edilmişdir. 2021-ci ildə alimenti ödəmədiyinə görə V.A.İlinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Xəzər Rayon Məhkəməsinin hakimi T.Əkbərov tərəfindən borcu ödəmək üçün V.A.İlinə 10 gün vaxt verilmişdir. Lakin buna baxmayaraq o, məhkəməyə gəlməmiş və məsuliyyətdən yayınmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə V.A.İlin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş, lakin məsuliyyətə cəlb olunma müddəti bitdiyinə görə iş üzrə icraata xitam verilmişdir. Borclu aliment borcundan cəmi 700 manat ödəniş etmiş və onun bu günə olan borcu 2900 manat təşkil edir. Tələbkar İsmayılova Natalya Arif qızı uşaqları ilə birlikdə İsmayıllı rayonunda yaşayırlar və o, alimentin ödənilməsini tələb edir. V.A.İlin bu gün saat 10:00-da polis əməkdaşları vasitəsilə şöbəyə gətirilmişdir. Bununla da V.A.İlin qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu İlin Vladislav Aleksandroviç göstərdi ki, o, əvvəllər ödənişlər etmişdir. Lakin bu barədə heç bir sənədi yoxdur. Sonradan işsiz olduğuna görə alimenti ödəyə bilməmişdir. Buna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hakim T.Əkbərov tərəfindən borcu ödəmək üçün ona 10 gün vaxt verilmişdir. Lakin rayonda olduğuna görə o, məhkəməyə getməmişdir. Məhkəmə tərəfindən ona vaxt verilərsə ilin sonunadək borcunu tam ödəyəcəyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, İlin Vladislav Aleksandroviç Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü İlina Kamilə Vladimir qızının və xx.xx.2010-cu il təvəllüdlü İlina Sofiya Vladimir qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 50 manat olmaqla, cəmi 100 manat məbləğində aliment İlin Vladislav Aleksandroviçdən tutularaq İsmayılova Natalya Arif qızına verilməlidir. İş materiallarına əlavə edilən Xəzər rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, İlin Vladislav Aleksandroviçin barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İlin Vladislav Aleksandroviç Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş, lakin məsuliyyətə cəlb olunma müddəti bitdiyinə görə iş üzrə icraata xitam verilmişdir. Məhkəmədə müəyyən olundu ki, V.A.İlinin icra sənədi üzrə borcu 2.900 manat təşkil edir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində axtarış qərarları qəbul edilmişdir. Bununla da, V.A.İlin icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə hesab edir ki, V.A.İlin məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə V.A.İlinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə V.A.İlinin şəxsiyyətini, icra sənədini uzun müddət ərzində heç bir üzürlü səbəb olmadan icra etməməsini, heç bir yerdə işləməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs V.A.İlin xx.xx.2022-ci il tarixdə saat 10:00-da polis əməkdaşlarının vasitəsilə icra şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, V.A.İlinin barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İlin Vladislav Aleksandroviç Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən, saat 10:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar