Məhkəmə qərarları › İş №3(003)-523/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-523/2022

05.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-523/2022 05.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1986-cı ildə Bərdə rayonu Nazırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, deməsinə görə ailəli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bərdə rayonu, Nəzirli kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X5 nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 04 aprel 2022-ci il tarixli protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi X5nda yerləşən yaşadıqları evdə arvadı X2 nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı X3 tərəfindən 05 aprel 2022-ci il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, X4 onun arvadıdır və 2 uşaqları vardır. xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində evə gələndə arvadı İqbalə Məmmədova boşanmaya ərizə verdiyini və onun yaşadıqları evdən çıxmalı olduğunu bildirmişdir. O isə bununla razılaşmamışdır. Buna baxmayaraq aralarında sözlə mübahisə olmuşdur. Lakin o, həmin vaxt nalayiq söyüşlər söyməmişdir. Bu gün saat 08:30 radələrində polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Heç bir təqsiri olmadığını və barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X4 göstərdi ki, əri Şəxs başqa bir qadınla qeyrirəsmi olaraq yaşayır. Təxminən 20-25 gündən bir gecələmək üçün sərxoş vəziyyətdə evə gəlir, dava-dalaş salır, uşaqların yanında söyüşlər söyür. xx.xx.2022-ci il tarixdə Rahil sərxoş vəziyyətdə evə gəlmişdir. O, Rahilə boşanmaq üçün ərizə verdiyini və onun evdən çıxıb getməsini bildirmişdir. Rahil ona etirazını bildirərək uşaqların yanında onu söyüb təhqir etmişdir. O, bu barədə “102” xidmətinə zəng etmişdir. Şəxs həbs edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi X5nda yerləşən yaşadıqları evdə arvadı X4 ilə mübahisə etmiş və onu nalayiq sözlərlə təhqir etmişdir. İş materiallarına əlavə edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 05 aprel 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157ci maddəsinə əsasən inzibati təsir tədbirləri görülməsi qərara alınmışdır. Məhkəmə Şəxs əməli etiraf etməməsini özünü müdafiə kimi qiymətləndirir. Məhkəmə Şəxs himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin ağırllığını, məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 08:30 radələrində polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 05 aprel 2022-ci il tarixdən saat 08:30-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar