Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-526/2022 28.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxsnın barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında protokola əsasən Sürətli poçt lisenziyasına malik olan "xxxx" MMC tərəfindən **********1 nömrəli aviaqaimə əsasında Türkiyə Respublikasından gömrük ərazisinə gətirilən və Hüseyn Mürsəliyev, Şəxs, Xəyal Zərgərli, Taleh Nəsirov, Xalid Abbasov, Samirə Əliyeva, Elvin Həsənov, Günay Həsənovanın adına çexollardan ibarət 8 (səkkiz) ədəd poçt bağlamasının tərkib hissəsinin və göndərən mağazanın eyniliyinə malların oxşar cinsliliyinə və s. digər indiqatorlara görə kommersiya təyinatlı olduğundan araşdırma aparılması üçün saxlanılmışdır. Daha sonra həmin yüklərin Azərbaycan Respublikası vətəndaşı Şəxs tərəfindən yuxarıda adları göstərilmiş ayrı-ayrı şəxslərin adlarına sifariş edildiyi məlum olmuşdur. Həmin yüklərin invoys sənədləri əsasında dəyərinin 3390 türk lirəsi (12.03.2022-ci il tarixinə məzənnəyə uyğun olaraq 387,13 manat təşkil edir) təşkil etdiyi məlum olmuşdur. Araşdırma dövründə Azərbaycan Respublikası vətəndaşı Şəxs kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının gömrük sərhəddindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirdiyi məlum olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar: aparılan araşdırma ilə əlaqədar yuxarıda qeyd olunan mallara dair invoys sənədlərinə əsasən malın dəyəri 3390 türk lirəsi (12.03.2022-ci il tarixinə məzənnəyə uyğun olaraq 387,13 manat təşkil edir) təşkil edir. Bununla əlaqədar Şəxsnın barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X1 tərəfindən 04 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə 00800-0071/22 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə işə Şəxs və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 21-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə Şəxsnın barəsində inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 3390 (üç min üç yüz doxsan) türk lirəsi valyuta vəsaiti məbləğinin qırx faizi – 1356 (bir min üç yüz əlli altı) türk lirəsi məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının https://www.cbar.az rəsmi saytından görünür ki, 28 aprel 2022-ci il tarixə 1 türk lirəsi 0.1147 AZN olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 1356 (bir min üç yüz əlli altı) türk lirəsi pul vəsaiti 155,53 (bir yüz əlli beş, əlli üç) manata bərabər tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri 3390 (üç min üç yüz doxsan) türk lirəsi məbləğinin 40 (qızr) faizi, yəni 1356 (bir min üç yüz əlli altı) türk lirəsi olmaqla 155,53 (bir yüz əlli beş, əlli üç) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov İŞ № 3(003)-526/2022 QƏRARDAD (inzibati xəta haqqında işin baxılması müddətinin uzadılması haqqında) 21 aprel 2022-ci il Bakı şəhəri Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirmişdir. Bununla əlaqədar Şəxsnın barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X1 tərəfindən 04 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə 00800-0071/22 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işin hallarının tam, ətraflı, obyektiv araşdırılması və onun ədalətli həll olunması üçün işin baxılması müddəti uzadılmalı və inzibati xəta törətmiş Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına çağırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 111.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzada bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 111-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxılması müddəti bir ayadək müddətə uzadılsın. Hakim: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-526/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-526/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver