Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-53/2024 24.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ "xxxx" MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 08 dekabr 2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Baş İdarənin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1-030896/2023 nömrəli raporta əsasən müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********4649 sorğu nömrəli gömrük bəyənnaməsi üzrə ümumi dəyəri 10845,69 Avro, yəni həmin bəyannamənin 22-ci və 45-ci qrafasına əsasən 18437,68 manat təşkil edən mallar konsiqnasiya yolu ilə ixrac gömrük prosedura altında HNBGİ-də rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının” 12.2-ci maddəsinə görə, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. "xxxx" MMC tərəfindən isə ixrac edilən malların müqabilində məcburi qaydada qaytarılmalı olan qeyd edilən xarici valyuta vəsaitlərin bir hissəsi qanunvericilikdə nəzərdə tutulan müddət ərzində hüquqi şəxsin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankdakı hesabına köçürülməmişdir. "xxxx" MMC-yə 3- 33-3100/2-004859/2023 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş və 3-33-3100/2- 005948/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub ünvanlanmasına baxmayaraq, hüquqi şəxs tərəfindən müvafiq tədbirlər həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil "xxxx" MMC-nin hüquqi ünvanının Nəsimi rayonu olmasını nəzərə alaraq işin aidiyyətı üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İnzibati xəta haqqında protokoldan göründüyü kimi qeyd edilən inzibati xəta "xxxx" MMC tərəfindən hüquqi şəxsin ünvanında törədilmişdir. İnzibati xəta haqqında protokoldan həmçinin görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı AZ1102, ünvan 4 ünvanıdır. Belə olan təqdirdə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin müddəalarını, yəni inzibati xəta haqqında işə onun törədildiyi yer üzrə baxılması bağlı tələblərinin rəhbər tutaraq və "xxxx" MMC-nin hüquqi ünvanının AZ1102, ünvan 5 ünvanı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 08 dekabr 2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-53/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-53/2024
24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver