Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-535/2023 01.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 503-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt Göndərişləri” gömrük pestundan daxil olmuş 34/020/003288 nömrəli, xx.xx.2023-cü il tarixli raporta əsasən Türkiyə Respublikasından “Find ekspress MMC” poct daşımaları şirkəti vasitəsilə **********6 saylı aviaqalmə əsasında Səbinə Hüseynovanın, Səbinə Aslanovanın, Cavid Soltanovun, Ramal Həbibovun, Lalə Qulamovanın, Fuad Məmmədzadənin, Fidan Həbibovanın, Fərman Həbibovun adlarına göndərilən FDX204235, FDX439666, FDX425721, FDX913454, FDХЗ19316, FDX644972, FDX437693, FDX378423, FDX545559, FDX436429, FDX483274, FDX533328, FDX336524, FDX223542, FDX854049, FDX925959, FDX227344, FDX201376, FDX843170, FDX536995, FDX891106, FDX185983, FDX832253, FDX843225, FDX153810, FDX635741, FDX402392, FDX639596, FDX305261, FDX662857, FDX734909 izləmə kodu olan ümumilikdə 31 (otuz bir) beynəlxalq poçt göndərişlərinin fiziki yoxlanılması zamanı malların eyni şəxs tərəfindən sifariş olunduğuna dair şübhə yaranmışdır.Qeyd olunan faktla bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsində araşdırma başlanılmış, yuxarıda adları qeyd edilən şəxslərlə bağlamaların üzərində qeyd edilən mobil nömrələr vasitəsi ilə əlaqə saxlanılmış və izahat vermələri üçün Təhqiqat şöbəsinə dəvət olunmuşlar. Araşdırma ilə əlaqədar, Təhqiqat şöbəsinə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs izahat verərək, Türkiyə Respublikasından beynəlxalq poçt göndərişləri vasitəsi ilə Səbinə Hüseynovanın, Səbinə Aslanovanın, Cavid Soltanovun, Ramal Həbibovun, Lalə Qulamovanın, Fuad Məmmədzadənin, Fidan Həbibovanın, Fərman Həbibovun adlarına göndərilən ümumilikdə 31 (otuz bir) ədəd bağlamanı sifariş verdiyini, bağlamalardakı məhsulların arıqlamağa kömək edən çaylar olduğunu, malları fərqli şəxslərin adına - sifariş verməyinin səbəbi 300 ABŞ dollaraylıq limiti keçməmək olduğunu, kommersiya məqsədi ilə sifariş verdiyi 31(otuz) ədəd bağlamadakı 248 qutu çaya görə 45986 Türk lirəsi məbləğində ödəniş elədiyini bildirmişdir. Beləliklə, araşdırma nəticəsində Türkiyə Respublikasından göndərilən gömrük dəyəri 45986 Türk lirəsi olan bağlamaların sahibi Şəxs kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan Respublikası gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirdiyi məlum olmuşdur. Həmin malların invoys dəyəri 45986 Türk lirəsi (xx.xx.2023-cü il tarixinə olan məzənnəyə əsasən 4147,94 manat) təşkil etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsi gömrük qaydaları əleyhinə olan inzibati xəta hesab olunur. Bu barədə Şəxsnın barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik leytenantı X1 tərəfindən 15 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs və Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə işə Şəxsnın və Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan Şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, malların müsadirə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini və Şəxs bağlamaların müsadirə olunmasını xahiş etməsini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın obyekti olan inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 26, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan FDX204235, FDX439666, FDX425721, FDX913454, FDХЗ19316, FDX644972, FDX437693, FDX378423, FDX545559, FDX436429, FDX483274, FDX533328, FDX336524, FDX223542, FDX854049, FDX925959, FDX227344, FDX201376, FDX843170, FDX536995, FDX891106, FDX185983, FDX832253, FDX843225, FDX153810, FDX635741, FDX402392, FDX639596, FDX305261, FDX662857, FDX734909 izləmə kodu olan ümumilikdə 31 (otuz bir) ədəd bağlama müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-535/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-535/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver