Məhkəmə qərarları › İş №3(003)-537/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-537/2023

03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-537/2023 03.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Barəsində inziabti xəta haqqında protokol tərtib olunan şəxs Şəxs (bundan sonra MMC) qanuni təmsilçisi və direktoru X2 iştirakı ilə Şəxs MMC-nin barəsində barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 482.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən, Bakı Baş Gömrük İdarəsinin Xocasən gömrük postundan daxil olmuş 34/025/001464 saylı | xx.xx.2023-cü il tarixli raporta əsasən, Çin Xalq Respublikasının “X6 Foodstuffs Co LTD” şirkətindən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) ünvanına İUO10Rİ/İUO10R nömrəli yük nəqliyyat vasitəsi ilə VH-**********04C saylı xx.xx.2022-ci il tarixli invoysla idxal edilmiş və **********2896 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş “Qabıqlı şabalıd” yükünün brutto çəkisinin 24700 kq, netto çəkisinin 24500 kq bəyan olunduğu halda, həmin yükün brutto və netto çəkisinin 2360 kq artıq, yəni brutto çəkisinin 27060 kq, netto çəkisinin 26860 kq olduğu aşkar edilmişdir. Sözügedən raportların icrası ilə əlaqədar Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində xx.xx.2023-cü il tarixində araşdırma başlanılmışdır. Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) tərəfindən gömrük orqanına düzgün bəyan 768 kq “Qabıqlı şabalıd” yükünün orta bazar qiyməti 6144 (altı min yüz qırx dörd) manat manat təşkil edir. Bununla əlaqədar Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X4 tərəfindən 10 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə 00100-00200/2023 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi və direktoru X3 göstərdi ki, dirketoru olduğu şirkət meyvə-tərəvəz məhsullarının idxalı və satışı ilə məşğuldur. Malları bir çox ölkələrdən idxal edilir. İdxal edilən malların Bakı şəhərində yerləşən marketlərə topdansatışı həyata keçirilir. Gömrük yoxlaması həyata keçirilən zaman **********2896 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində brutto çəkisi 24700 kq, netto çəkisi 24500 kq bəyan olunan “Qabıqlı şabalıd” yükünün brutto və netto çəkisinin 2360 kq artıq, yəni brutto çəkisinin 27060 kq, netto çəkisinin 26860 kq olduğu aşkar edilmiş və barədə protokol tərtib olunmuşdur. Protokolun düzgünlüyü iştirakçılar tərəfindən təsdiq olunmuşdur. Nəqliyyat vasitəsi ölkə ərazisinə idxal edilməzdən əvvəl Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixində Bakı Baş Gömrük İdarəsinə müraciət edilmişdir. Müraciətdə İU010Rİ/İUO10R nömrəli nəqliyyat vasitəsində gətirilən yükün **********2896 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamasində qeyd ediləndən 1592.5 kq artıq olduğu bildirilmişdir. Onlar bu məlumatı gec bilmişlər. Göndərən şirkətin verdiyi məlumatlar əsasında **********2896 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamasi təqdim edilmişdir. Sonradan göndərən şirkət göndərilən malın 1592.5 kq artıq göndərildiyini bildirmişdir. Bu səbəbdən onlar yazılı formada gömrük orqanına məlumat vermişlər. Əlavə olaraq qeyd etmişdir ki, onlar gətirilən malı Çin Xalq Respublikasının “X6 Foodstuffs Co LTD” şirkətindən almışlar. Meyvə-tərəvəz yükləri idxal edilən zaman bu kimi hallar çox baş verir. Məhsullar donmuş formada soyuducularda idxal edilir. Onlara göndərilməzdən əvvəl isə normal formada çəkilir. Donmuş formada ölkə ərazisinə gətirildiyindən və gömrük yoxlaması zamanı donmuş formanın çəkisi nəzərə alındığından bəyannamədə qeyd olunan çəki ilə yoxlamada yaranan çəki arasında müəyyən fərq yaranır. Belə olan halda əlavə aşkar edilən mallarla bağlı yaranan əlavə gömrük ödənişləri edilir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs MMC-nin qanuni təmsilçisi və direktorunun izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilən Şəxs MMC tərəfindən Baş Gömrük İdarəsinə ünvanlanmış 10 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Şəxs MMC şirkəti kənd təsərrüfatı məhsullarının, əsas olaraq da şabalıd məhsulları ıdxalı sahəsində fəaliyyət göstərir. Onlara sonradan bildirilən məlumata görə, hal-hazırda yolda olan və şabalıd məhsulları idxal etdikləri ЈО140ОЈ/ВВ686Q qeydiyyat nömrəli nəqliyyat vasitələri ilə daşınan SEGU ******* nömrəli konteyner və İU010Rİ/İU010R qeydiyyat nömrəli nəqliyyat vasitələri ilə daşınan SZLU ******* nömrəli konteynerdə hər birində 65 kisə, 1 592.500 kq (bir min beş yüz doxsan iki kilo, beş yüz qram) artıq şabalıd məhsulu mövcuddur. Bu artıq məhsullarla bağlı, həmin məhsullar ölkəyə daxil olmadan əvvəl məlumat verilmiş və müvafiq olaraq həmin məhsullara görə hesablanacaq gömrük və vergi ödənişlərini ödəməyə hazır olduqları bildirilmişdir. İş materiallarına əlavə edilən 16 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Çin Xalq Respublikasından 4AZ1045, ünvan 2 ünvanında qediyyatda olan Şəxs MMC-nin adına daxil olmuş və **********2896 nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə gömrük yoxlaması həyata keçirilmişdir .Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********2896 nömrəli gömrük bəyannaməsində bəyan olunan mallara baxış keçirilən zaman gömrük bəyannaməsində göstərilən “qabıqlı şabalıd” yükünün brutto çəkisinin 24700 kq, netto çəkisinin 24500 kq bəyan olunduğu halda, qabıqlı şabalıd yükünün netto və brutto çəkisinin 2360 kq artıq, yəni brutto çəkisinin 27060 kq, netto çəkisinin 26860 kq olduğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şəxs MMC-nin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 9/586 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, ÇXR-sı məhsulu olan 1 kq şabalıd məhsulunun xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 8,00 manat, 768 kq –nin qiyməti isə 6144,00 manat müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmədə müəyyən olundu ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) tərəfindən gömrük orqanına düzgün bəyan 768 kq “Qabıqlı şabalıd” yükünün orta bazar qiyməti 6144 (altı min yüz qırx dörd) manat manat təşkil edir. Şəxs MMC 10 yanvar 2023-cü il tarixdə Baş Gömrük İdarəsinə müraciət edərək, Şəxs MMC-yə sonradan bildirilən məlumata görə, hal-hazırda yolda olan və şabalıd məhsulları idxal etdikləri ЈО140ОЈ/ВВ686Q qeydiyyat nömrəli nəqliyyat vasitələri ilə daşınan SEGU ******* nömrəli konteyner və İU010Rİ/İU010R qeydiyyat nömrəli nəqliyyat vasitələri ilə daşınan SZLU ******* nömrəli konteynerdə hər birində 65 kisə, 1 592.500 kq (bir min beş yüz doxsan iki kilo, beş yüz qram) artıq şabalıd məhsulu mövcud olduğunu, həmin artıq məhsullarla bağlı, həmin məhsullar ölkəyə daxil olmadan əvvəl məlumat verilmiş və müvafiq olaraq həmin məhsullara görə hesablanacaq gömrük və vergi ödənişlərini ödəməyə hazır olduqları bildirilmişdir. Azərbaycan Respublikası İXM-nin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi məhsullar ölkə ərazinə artıq çəkidə daxil olma səbəb məhsulların 70 gün ərzində yolda xarab olmaması üçün, Cin Xalq Respublikasınında gömrük prosedurları həyata keçirildikdən sonra, xususi olaraq yuyulur və dondurulur və bu da məhsulun çəkisinin müəyyən miqdarda artımına səbəb olaraq, “invoicedə” göstərəilən cəki arasında fərq yaradır. Lakin Şəxs MMC göndərilən məhsulun cəkisində fərq olacağı barədə əvvəlcədən Baş Gömrük İdarəsinə müraciət etmişlər və həmin məhsullara görə hesablanacaq gömrük və vergi ödənişlərini ödəməyə hazır olduqlarını bildirilmişlər. Buna baxmayaraq Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə olan halda Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Belə ki, Şəxs MMC-nin hərəkəti qəsd xarakteri daşımamış və əvvəldən də artıq cəkiyə yaranmış rüsumu və vergini ödəməyə hazır olduğunu gömrük orqanına bəyan etmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar