Məhkəmə qərarları › İş №3(003)-539/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-539/2022

11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-539/2022 11.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ-nin) sahə inspektoru, polis leytenantı X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Xəzər rayonu Binə qəsəbəsi M.Şirinov küçəsi döngə 2 X9 ev 15 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Xəzər RPİ 3-cü PŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 510 və 232-1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 11 aprel 2022-ci il tarixdə Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Protokollara əsasən 10 aprel 2022-ci il tarixdə Şəxs Xəzər rayonu Binə qəsəbəsi X5 yerləşən fərdi yaşayış evinə içkili gələrək heç bir səbəb göstərmədən evin bir çox əşyalarını yararsız vəziyyəti salmış, daha sonra arvadı X1 söyüb təhqir etmişdir. Bundan başqa, Şəxs 10 aprel 2022-c il tarixdə qaynı X8 məxsus “Azsamand” markalı avtomobilin sağ ön qapısına və qanad hissəsinə təpik vurmuşdur. Bundan əlavə, 10 aprel 2022-ci il tarixdə Şəxs Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş və alınmış 10 aprel 2022-ci il tarixli 1/672 №-li tibbi müayinə protokola alkoqol sərxoşluğunun dərəcəsi yüngül olmuşdur. Məhkəmə iclasında protokolları tərtib etmiş şəxs - Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis leytenantı X6 tərtib edilmiş protokolların məzmunlarına uyğun izahat verdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək göstərdi ki, o, 10 aprel 2022-ci il tarixdə içkili vəziyyətdə Xəzər rayonu Binə qəsəbəsi X5 yerləşən fərdi yaşayış evinə gələrək arvadı Sayalı Şahməmmədova ilə aralarında mübahisə yaratmış, mübahisə zamanı arvad Sayalını söyüb təhqir etmişdir. Bundan başqa 10 aprel 2022-ci il tarixdə qaynı X8 məxsus “Azsamand” markalı avtomobilin sağ ön qapısına və qanad hissəsinə təpik vurmuşdur. Törətdiyi əməlindən peşmandır. İş materiallarında olan Xəzər RPİ 3-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Nihad Mustafayev tərəfindən qəbul edilmiş “cinayət işinin başlanması rədd edilməsi haqqında” 10 aprel 2022-ci il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 232-1-ci maddələrinin tərkib əlamətləri yarandığından barəsində inzibati təsir tədbirinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilmişdir. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda -inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan 10 aprel 2022-ci il tarixli AZA 011786 nömrəli tutma haqqında protokoldan görünür ki, Şəxs 10 aprel 2022-ci il tarixdə saat 22:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 10 aprel 2022-ci il tarixdə saat 22:40dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Xəzər rayonu Binə qəsəbəsi M.Şirinov küçəsi döngə 2 X9 ev 15 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 10 aprel 2022-ci il tarixdə saat 22:40-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar