Məhkəmə qərarları › İş №3(003)-540/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-540/2021

26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-540/2021 26.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Əkbərov Tərlan Xanəli oğlu, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1978-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrinin tələbinin pozulması ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti baş inspektoru polis baş leytenantı X1 tərəfindən xx xxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1 və 327.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə “GEELY CK” minik markalı **-RC-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən manevr etmə qaydasını pozduğu üçün saxlanılmışdır. Yoxlama zamanı sürücünün sərxoş halda avtomobili idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərilənləri qeyd edərək göstərdi ki, Kürdəmir rayonunda yaşayır, yaxın qohumları Bakı şəhərindən onlara evə qonaq gəlmişdilər, səhəri gün idarə etdiyi avtomobil ilə Bakı şəhərinə onları aparmaqlarını ondan xahiş etmişlər. O da onlarla razılaşaraq xx xxxx 2021-ci il tarixdə saat 09:30 radələrində “Gelli” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri Heydər Əliyev prospektində Mərdəkan istiqamətinə gedən zaman heç bir qayda pozuntusu olmadan DYP əməkdaşları tərəfindən idarə etdiyi avtomobilə “saxla” əmiri vermişdir. O da həmin an avtomobili yolun kənarına çəkərək saxlamışdır. Bir nəfər DYP-əməkdaşı yaxınlaşaraq özünü təqdim etmədən avtomobilin sənədlərini tələb etmiş, o da bütün sənədləri təqdim etdikdən sonra əlindəki alkotesterlə sərxoş olub-olmamağını yoxlamaq üçün ona yaxınlaşdıranda ondan həmin alkotesterin başlıq hissəsin yenisi ilə dəyişilməsini tələb etmişdir. Polis əməkdaşı isə alkotesterin başlıq hissəsini yenisi ilə dəyişmədən nəfəs verməsini tələb etmişdir. Bundan sonra, o, ona inanaraq alkotesterə nəfəs vermişdir. Sonuncu dəfə nə vaxt spirtli içki qəbul etdiyini soruşanda cavab olaraq səhhətilə əlaqədar ümumiyyətlə spirtli içki içmədiyini bildirmişdir. Danışığından belə başa düşmüşdür ki, ondan adı hörmət olan rüşvət almaq istəmişdir. O da spirtli içki qəbul etmədiyindən həm də heç bir qayda pozuntusuna yol vermədiyindən arxayın olaraq həkim yoxlanışdan keçməsini tələb etmişdir. Həmin vaxt DYP-avtomobilindən başqa Polis nəfəri yaxınlaşaraq “elə etmə ki, post-patrul dəvət edək, səni İnzibati Məcəllə əsasında həbsə aldıaq” deyiba onu hədələdikdən sonra o, bu barədə “102” qaynar xətt xidmətinə həmin sözü gedən polislərin qanunsuz hərəkətləri barədə məlumat vermiş və yenə də onlardan sərxoşluq yoxlanışından müayinə olunmasını tələb etməsinə baxmayaraq, idarə etdiyi avtomobili cərimə meydançasına aparmışlar. Həmin DYP əməkdaşlarına demişdir ki, uzun illərdən bəri mədəsində xəstəliklə əlaqədar spirtli içkidən ümumiyyətlə istifadə etmir. Ondan izahat yazmasını tələb etmişlər. Burada yazılan qaydada olduğu kimi izahat yazaraq sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün onu tibbi müayinəyə göndərmələrini tələb etmişdir. Lakin polis əməkdaşları onun bu tələbinə də əhəmiyyət verməmiş və etirafedici formada izahat yazdığı halda ona kömək olunacağını bildirmişlər. O, polis əməkdaşlarına inanaraq onların diktəsi ilə protokolda etirafedici izahat yazmışdır. Lakin bundan sonra idarə etdiyi avtomobil cərimə meydançasına aparılmışdır və o, buna etiraz etdikdə ona məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Onu da qeyd edir ki, Kürdəmir rayonu ilə Bakı şəhərinin arasında olan məsafə 200 km-dir. Həmin gün yolda başqa DYP işçiləri iki yerdə avtomobilini saxlamışlar və sənədlərini yoxladıqdan sonra yenidən yolunu davam etdirmişdir. Görünür ki, bilərəkdən ona olunanlar şər və böhtandır. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2 və 3-cü bəndində Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi, o cümlədən həmin şəxsin tibbi müayinəyə göndərilməsi qeyd edilmişdir. Ona görə də xx xxxx 2021-ci il tarixdə barəsində tərtib olunmuş protokolun əsassız sayılaraq ləğv edilməsi və həmin DYP əməkdaşlarının qanunsuz hərəkətləri barəsində xüsusi qərardad çıxarılmasını xahiş edir. Lakin hazırda başa düşür ki, xx xxxx 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən onun barəsində protokol tərtib edilərkən həmin protokolda etiraf formada izahat yazdığı üçün səhv etmişdir və buna görə də barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə etiraz etmir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına olan xx xxxx 2021-ci il tarixli Sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisindən görünür ki, Şəxs alkoqol sərxoşluğu 0,301 promil olması (saat 09:24) aşkar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx xxxx 2021-ci il tarixdə “GEELY CK” minik markalı **-RC-*** qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən manevr etmə qaydasını pozduğu üçün saxlanılmış, yoxlama zamanı sürücünün sərxoş halda avtomobili idarə etməsi məlum olmuşdur. Bundan sonra, Şəxs protokola “müayinə zamanı 0.3 promil göstərici ilə tanış oldum, bir daha spritli içki qəbul edib maşın sürməyəcəm və uzaq yol çıxmayacağıma söz verirəm, peşmanam, həkim müayinəsinə ehtiyac yoxdur” sözlərini qeyd etmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edirki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Bakı şəhər BPİ X3 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən, o, həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qərara a l d ı m: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı şəhər BPİ X3 İdarəsinə göndərilsin. Qərardan 10 gün muddətinə Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar