Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-541/2022 11.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 24 iyul 1990-ci il tarixdə Şamaxı rayonunun Adnalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş 11 aprel 202-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-674/2020 nömrəli 30 iyul 2020-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X3 həftənin 04.03.2018-ci il təvəllüdlü X4 ilə hər həftənin bazar günü saat 10:00-dan-saat 13:00-dək ünsiyyətdə olması müəyyən edilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan adı çəkilən icra sənədini tam icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, borclu Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-674/2020 nömrəli 30 iyul 2020-ci il tarixli icra vərəqəsinə əsasən X3 həftənin bazar günü saat 10:00-dan-saat 13:00-dək qızı X6 ilə ünsiyyət hüququnu təmin etmir. Lakin borclu izahatında icra vərəqəsi üzrə nəzərdə tutulmuş qızı X6 ilə ünsiyyət hüququnu təmin etdiyini bildirmişdir. Borclu heç bir üzrlü səbəb olmadan icra sənədini tam icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınır. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X7 göstərdi ki, məhkəmə qərarı ilə təmin edilməli olan hüququ vaxtı-vaxtında davamlı olaraq təmin edilmir və uşaq görüş vaxtı onunla ünsiyyətə girmək istəmir, hesab edir ki, uşaq anası – borcli Şəxs təsiri altındadır və anasının öyrətməsi ilə ona qarşı pis münasibətdədir. Bunun nəzərə alınaraq borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hüququ davamlı olaraq vaxtı-vaxtında təmin edir. Lakin görüş zamanı uşaq atası ilə ünsiyyətə girməkdən imtina edir və bu, həm onun tərəfindən, həm də icra məmuru tərəfindən mobil telefon vasitəsilə çəkilmiş kadrlardan aydın görünür. Görüşlər uşağın atasının razılığı ilə parkda təyin olunur. Psixoloq rəyinə əsasən görüşlər zamanı usağın aldığı psixoloji travma nəzərə alınmalıdır. Uşağa heç bir psixoloji təsir göstərmir, sadəcə olaraq, uşaq uzun müddətdən bəri görmədiyi atasına hələ isnişmədiyi üçün onu yad adam kimi qəbul edir və görüşmək istəmir. Hesab edir ki, vaxt keçdikcə, görüşlər davamlı olduqca, uşaq böyüdükcə bu məsələ öz təbii axarına düşəcəkdir. Həm də bir ana kimi o da istəyir ki, qızı ilə atası arasında mehribançılıq olsun, uşaq atasızlığını hiss etməsin. X8 atası Vaqif Hüseynovla ünsiyyətini bundan sonra da davamlı olaraq təmin edəcəyinə, həmçinin, uşağın atası ilə münasib şəraitdə sərbəst münasibət qurması üçün lazımı tədbirləri görəcəyinə söz verir və bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs qızı X2 atası ilə ünsiyyət qurmasını davamlı olaraq vaxtı-vaxtında təmin edir, lakin görüş zamanı uşaq atası ilə ünsiyyətə girməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-674/2020 nömrəli 30 iyul 2020-ci il tarixli icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmamışdır. Eyni zamanda Şəxs ərizə ilə məhkəməyə müraciət edərək qızı Hüseynzadə Rəhiməni atası Vaqif Hüseynovla münasib şəraitdə sərbəst münasibət qurması üçün lazımı tədbirləri görəcəyinə söz verir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – 24 iyul 1990-ci il tarixdə Şamaxı rayonunun Adnalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-541/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-541/2022
11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver