Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-544/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru X3, tələbkar "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakları ilə Şəxs Əlövsət oğlunun xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 12 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Əlövsət oğlu Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3941/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Əlövsət oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X5 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3941/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" ASC-nin xeyrinə Şəxs Əlövsət oğlundan və X1 birgə qaydada cəmi 1346,60 manat məbləğində pul tutulmalıdır. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 06 dekabr 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Borclu çağırışlara gəlmədiyindən 01 fevral 2022-ci il tarixdə barəsində axtarış elan olunmuş, 12 aprel 2022-ci il tarixdə özü könüllü olaraq şöbəyə gəlmişdir. Öz hərəkətləri ilə Şəxs Əlövsət oğlu qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmədə işə baxılan müddətdə borclu tələbkara olan borcundan 19 aprel 2022-ci il tarixdə 100 manat, 21 aprel 2022-ci il tarixdə 156 manat ödəniş etmişdir. Məhkəmə iclasında tələbkar "xxxx" ASC-nin nümayəndəsi X8 göstərdi ki, borclu Xəzər rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən banka olan borcundan heç bir ödəniş etməmişdir. Borclu yalnız işə məhkəmədə baxıldığı müddətdə 19 aprel 2022-ci il tarixdə 100 manat, 21 aprel 2022-ci il tarixdə 156 manat ödəniş etmişdir. Borclunun barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında borclu Şəxs Əlövsət oğlu göstərdi ki, onun məhkəmə qərarından məlumatı yoxdur. O, Əhmədlidə dükan işlətmiş, lakin pandemiya dövründə müflis olmuşdur. X2 onun arvadıdır və onun əmək haqqında banka olan borcla bağlı tutulmalar aparılır. Hazırda özü işə düzəlmiş və buna görə 19 aprel 2022-ci il tarixdə 100 manat, 21 aprel 2022-ci il tarixdə 156 manat ödəniş etmişdir. Arvadı onkoloji xəstə olduğundan dərmanalara çox pul xərcləyir və ona görə də, banka çox ödəniş edə bilmir. Məhkəmədə inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlövsət oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 3941/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, "xxxx" ASC-nin xeyrinə Şəxs Əlövsət oğlundan və X1 birgə qaydada cəmi 1346,60 manat məbləğində pul tutulmalıdır. İş materiallarına əlavə olunmuş 19 aprel 2022-ci il tarixli qəbzdən görünür ki, Şəxs Əlövsət oğlu 100 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Əlövsət oğlu Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3941/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmamış və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Hazırda isə borclu tələbkara olan borcundan ödəniş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlövsət oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlövsət oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-544/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-544/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver