Məhkəmə qərarları › İş №3(003)-548/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-548/2022

06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-548/2022 06.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, şikayətçi X2 iştirakı ilə X2 Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PB-nin sahə rəisi X4 tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, 01 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmasına dair 18 mart 2022-ci il tarixli, EXP ******* nömrəli protokol əsasında tərtib edilmiş 01 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə X3 şikayəti müdafiə edərək göstərdi ki, 18 mart 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «28 Mall» ticarət mərkəzində polis əməkdaşı yaxınlaşaraq qoruyuu maskadan düzgün istifadə etmədiyinə görə irad tutmuşdur. Halbuki o, tibbi maskadan düzgün istifadə etmişdir. Polis əməkdaşı ondan şəxsiyyət vəsiqəsini tələb etmiş və elektron qaydada məlumatları qeyd etdikdən sonra çıxıb getmişdir. Polis əməkdaşı onun yanında protokol tərtib etməmiş və ona bu barədə heç bir məlumat verməmişdir. Lakin lazım olan məlumatların sms vasitəsi ilə göndəriləcəyini bildirmişdir. Barəisndə inzibati protokol və qərarın tərtib edilməsi ilə bağlı 01 aprel 2022-ci il tarixdə şəxsi mail ünvanına gələn məktubdan sonra məlumatı olmuşdur. Bundan sonra asanpay.az portalına daxil olaraq oradakı şəxsi kabinetində barəsində 18 mart 2022-ci il tarixli, EXP ******* nömrəli protokol və onun əsasında tərtib edilmiş 01 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın olduğunu görmüşdür. Portalda protokolun nömrəsi və tarixi, qərarın isə sadəcə tarixi qeyd olunsa da, protokol və qərar yerləşdirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 200 manat cərimə olunduğunu bildikdən sonrakı gün məhkəməyə şikayət vermişdir. Lakin qərarın surətini rəsmi qaydada almamışdır. Bundan başqa əgər tibbi maskadan istifadə etməsəydi belə onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə yox, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati protokol tərtib olunmalı idi. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PB-nin sahə inspektoru Vüqar Rüstəmov 03 iyun 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, 18 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 27 ünvanında yerləşən «28 Mall» ticarət mərkəzində X1 qoruyucu tibbi maskadan düzgün istifadə etmədiyi (maska ağız və burun nahiyəsindən aşağıda olmuşdur) tərəfindən aşkar olunaraq inzibati protokol tərtib edilmişdir. X1 müraciəti əsasında 03 iyun 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında işi ilə əlaqədar iştirak edə bilməyəcəkdir. Odur ki, tərtib olunmuş protokola iştirakı olmadan qərar verilməsini xahiş etmişdir. Məhkəmə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PB-nin sahə inspektoru X6 tərəfindən tərtib olunmuş EXP seriyalı ******* nömrəli 18 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X3 Respublika paytaxtı, küçə 28 Mall ticarət məkzəzində 18 mart 2022-ci il tarixdə, səhər (saat 6-12) Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokol saat 16:57-də tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PB-nin sahə rəisi X4 tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, 01 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PB-nin sahə inspektoru X6 tərəfindən tərtib olunmuş EXP seriyalı ******* nömrəli 18 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən X3 Respublika 28 Mall ticarət məkzəzində 18 mart 2022-ci il tarixdə, səhər (saat 6-12) Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmuşdur. Lakin Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PB-nin sahə inspektoru Vüqar Rüstəmov tərəfindən məhkəməyə ünvanlanmış 03 iyun 2022-ci il tarixdə ərizədən görünür ki, X2 qoruyucu tibbi maskadan düzgün istifadə etmədiyi (maska ağız və burun nahiyəsindən aşağıda olmuşdur) üçün barəsində inzibati protokol tərtib edilmişdir. Lakin epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə deyil, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə məsuliyyət müəyyən edilmişdir. Göründüyü kimi X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol düzgün tərtib olunmamış və onun əsasında Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PB-nin sahə rəisi X4 tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, 01 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə məsuliyət müəyyən edən inzibati tənbeh vermə haqqında qərar düzgün qəbul edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PB-nin sahə rəisi X4 tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, 01 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X3 MN seriyalı ******* nömrəli 24 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar haqqında məlumatı aldıqdan sonrakı gün məhkəməyə şikayət vermişdir. Lakin qərarın surətini rəsmi qaydada almamışdır. Buna görə də, məhkəmə hesab edir ki, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmasına dair Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PBnin sahə rəisi X4 tərəfindən qəbul edilmiş EPQ seriyalı ******* nömrəli, 01 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə ləğv edilsin və inzibati xəta haqqında işə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar