Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-549/2024 15.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakları ilə, xx.xx.1980-cı il tarixdə anadan olan, subay, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 06 mart 2024-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(003)-1761/2022 saylı icra vərəqəsinə əsasən, Şəxs 21500 manat borc və ödənilmiş dövlət rüsumuna görə 155 manat alınaraq X5, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4191/2019 saylı icra vərəqəsinə əsasən Şəxs 3044 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3074 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(003)-973/2022 saylı icra vərəqəsinə əsasən Şəxs ********* saylı, xx.xx.2020-ci il tarixli müddətin (nisyə) alqı-satqı müqaviləsi üzrə 151.3 manat əsas borc, 5 manat cərimə, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 83 manat əsas borc, 2 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1413.3 manat əsas borc, 20 manat cərimə borcu, cəmi 1674,6 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla cəmi 1694,6 manat alınaraq iddiaçı "xxxx" MMC-yə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-1436/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış 107,53 manat məbləğində borc (abonent kodu **********500) və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. İcra vərəqələri icra şöbəsinin icraatına daxil olduqdan sonra borcluya icra sənədi üzrə borcunu könüllü ödəməsi müvafiq qərar və bildiriş təqdim edilmişdir. Lakin borclu Şəxs adıçəkilən icra sənədinin icrasından yayınır və icra sənədinin icrasını dolayısı şəkildə icra etmir. İcra sənədi üzrə tərəfindən zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Borclunun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olub-olmamağını yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmişdir. Borclunun adına rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, həmçinin pul vəsaitləri aşkar edilməmişdir. Keçən məhkəmə iclasından sonrakı müddət ərzində borclu Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(003)-1761/2022 saylı icra sənədi üzrə ümumi borcdan 201 manat məbləğində ödəniş etmişdir. Qalan borcu hissə-hissə olmaqla qısa müddət ərzində ödəyəcəyi ilə əlaqədar öhdəlik götürmüşdür. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd edilənlərə əsasən Şəxs barədə qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda tələbkar X5 ümumi borcdan 530 manat məbləğində ödəniş etdiyini və hər ay 500 manat ödəniş edəcəyini qeyd edərək inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində tələbkar X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən ona ümumi borcdan 530 manat məbləğində ödəniş edildiyini və hər ay davamlı şəkildə ödəniş edilməsi şərti ilə onunla aralarında razılıq əldə edildiyini qeyd etmiş və bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 4191/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs 3044 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3074 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə borclu Şəxs Xəzər Rayon Məhkəməsinin 2(003)- 4191/2019 saylı icra vərəqəsinin könüllü icra edilməsi təklif edilmişdir. Həmin qərar və bildiriş borclu tərəfindən rəsmi olaraq xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2(003)-973/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs ********* saylı, xx.xx.2020-ci il tarixli müddətin (nisyə) alqı-satqı müqaviləsi üzrə 151.3 manat əsas borc, 5 manat cərimə, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 83 manat əsas borc, 2 manat cərimə, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1413.3 manat əsas borc, 20 manat cərimə borcu, cəmi 1674,6 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla cəmi 1694,6 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2(003)-1761/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs 21500 manat borc və ödənilmiş dövlət rüsumuna görə 155 manat alınaraq X5 ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə borclu Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2(003)-973/2022-005 saylı icra vərəqəsinin könüllü icra edilməsi təklif edilmişdir. Həmin qərar və bildiriş borclu tərəfindən rəsmi olaraq xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(003)-1761/2022 saylı icra vərəqəsinin könüllü icra edilməsi təklif edilmişdir. Həmin qərar və bildiriş borclu tərəfindən rəsmi olaraq xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Xəzər rayon icra şöbəsinin böyük icra məmuru Mübariz Abbasov tərəfindən Xəzər Rayon Məhkəməsinin e-2(003)-973/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi və Xəzər Rayon Məhkəməsinin e-2(003)-1761/2022-018 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs məcburi qaydada Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Bakı şəhəri 25 saylı Notariat Konturunun xx.xx.2023-cü il tarixli, 8İ-47 nömrəli icra vərəqəsinin könüllü icra edilməsi təklif edilmişdir. Həmin qərar və bildiriş borclu tərəfindən rəsmi olaraq xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xəzər rayon icra şöbəsinin böyük icra məmuru Mübariz Abbasov tərəfindən Xəzər Rayon Məhkəməsinin e-2(003)-973/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi, Xəzər Rayon Məhkəməsinin e-2(003)-1761/2022-018 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi və Bakı şəhəri 25 saylı Notariat Konturunun 8İ-47 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(003)-1436/2023 saylı icra vərəqəsinin surətindən görünür ki,cavabdeh Şəxs su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış 107,53 manat məbləğində borc (abonent kodu **********500) və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə borclu Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(003)-1436/2023-006 saylı icra vərəqəsinin könüllü icra edilməsi təklif edilmişdir. Həmin qərar və bildiriş borclu tərəfindən rəsmi olaraq xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Xəzər rayon icra şöbəsinin böyük icra məmuru Mübariz Abbasov tərəfindən Xəzər Rayon Məhkəməsinin e-2(003)-973/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi, Xəzər Rayon Məhkəməsinin e-2(003)-1761/2022-018 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi, Bakı şəhəri 25 saylı Notariat Konturunun 8İ-47 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi, Xəzər Rayon Məhkəməsinin 2(003)-4191/2019 nömrəli icra sənədi və Xəzər Rayon Məhkəməsinin e-2(003)-1436/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş X6 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, borclu Şəxs son məhkəmə iclasından xx.xx.2024-cü il tarixinədək ona ümumilikdə 530 manat pul ödəmişdir. Qeyd olunan ödənişlərin hər ay davamlı şəkildə ödənilməsi şərti ilə borclu Şəxs barəsində aparılan işə xitam verilməsinə etiraz etməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərildiyi kimi icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və ya yalnız bütün imkanlar tükəndikdən sonra təsir tədbirlərindən istifadə etməlidirlər. Hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi yaradır. Lakin işin hallarından göründüyü kimi, tərəflər öz aralarında borcun ödənilməsi ilə bağlı razılığa gəliblər. Borclu ödəməni həyata keçirə bilməməsini maddi imkanının olmaması ilə əsaslandırmış və gələcəkdə həmin borcunu ödəmək niyyətində olduğunu bildirmişdir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, tərəflər arasında icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı razılıq əldə edildiyindən və icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 11492, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-549/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-549/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver