Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-549/2025 19.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 07 mart 2025-ci il tarixli 00800/00294/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə J276 saylı İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı X3 əl yükü ilə "yaşıl kanal"dan keçmək istəyərkən gömrük əməkdaşları tərəfindən gömrük yoxlamasından keçirilməsi üçün "qırmızı kanala" yönləndirilmiş və X-Ray rentgen qurğusunun monitorunda Kənan Əbilovun əl çantasının içərisində dərman vasitəsinə oxşar şübhəli cizgilər müşahidə olunduğundan əl çantasına baxış keçirilmiş və keçirilən yoxlama zamanı əvvəlcədən gömrük nəzarətinə yazılı, elektron və ya şifahi formada bəyan edilməmiş 1 flakon üçün nəzərdə tutulmuş üzərində Jerceptin 150 mg 1 flakon" sözü yazılmış 4 qutudan hər birində 3 flakon olmaqla ümumilikdə 2 flakon dərman vasitəsi, 1 flakon üçün nəzərdə tutulmuş üzərində "Prexet 500 mg 1 flakont" özü yazılmış 1 qutunun içərisində 2 flakon "Prexet 500 mg" ve 2 flakon "Opdivo 100mg/10ml" ǝrman vasitəsi, 1 flakon üçün nəzərdə tutulmuş üzərində "Prexet 500 mg 1 flakont" sözü azılmış 1 qutunun içərisindən əlavə olaraq 3 flakon "Prexet 500 mg" ve 3 flakon "Opdivo 00mg/10ml" dərman vasitələri aşkar edilərək götürülmüşdür. X1 ilə birlikdə hərəkət edən Azərbaycan Respublikası vətəndaşı Şəxs da "yaşıl kanal"dan keçmək istəyərkən gömrük əməkdaşları tərəfindən gömrük yoxlamasından keçirilməsi üçün "qırmızı kanala" yönləndirilmiş və X-Ray rentgen qurğusunun monitorunda Kənan Əbilovun əl çantasının içərisində dərman vasitəsinə oxşar şübhəli cizgilər müşahidə olunduğundan əl çantasına baxış keçirilmiş və keçirilən yoxlama zamanı əvvəlcədən gömrük nəzarətinə yazılı, elektron və ya şifahi formada bəyan edilməmiş flakon üçün nəzərdə tutulmuş üzərində "Herceptin 150 mg 1 flakont" sözü yazılmış 5 qutudan hər birində 3 flakon olmaqla ümumilikdə 15 flakon dərman vasitəsi, 1 flakon üçün əzərdə tutulmuş üzərində "Prexet 500 mg 1 flakont" sözü yazılmış 1 qutunun içərisində 2 lakon "Prexet 500 mg" ve 3 flakon "Opdivo 100mg/10ml" dərman vasitəsi, 1 flakon üçün əzərdə tutulmuş üzərində "Prexet 500 mg 1 flakont" sözü yazılmış 1 qutunun içərisindən Əlavə olaraq 3 flakon "Prexet 500 mg" ve 2 flakon "Opdivo 100mg/10ml" dərman vasitəsi aşkar edilərək götürülmüşdür. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs izahat verərək bildirmişdir ki, 20 iyun 2024-cü il tarixdə Praqa şəhərindən Azərbaycana qayıtmaq üçün İstanbul şəhərinə gəlmişdir. Onunla birlikdə dostu X3 da olmuşdur. İstanbulda olarkən əvvəlcədən tanımadıqları Levent adlı Türk vatandaşı onlardan Bakıya vacib çatdırılmalı olan bezi onkoloji dərmanlarını olduğunu bildirmiş və dərmanları aparmalarını xahiş etmişdir. Onlarda onkoloji dərmanlar olduğu üçün təmənnasız olaraq qəbul etmişlər. Levent bildirmişdir ki, heç bir problem yoxdur, onların adına sənədləşdirəcək tam qanuni şəkildə aparacaqlar, onlar da razılaşmışlar. Daha sonra Levent onların pasportlarını götürüb surətlərini çıxararaq qaytarmışdır. 10-15 dəqiqədən sonra bağlamada dərmanlar və dərmanlara aid olan sənədləri onlara vermiş, lakin onlar bağlamanın içərisində neçə ədəd derman olduğunu və hansı dərmanlar olduğunu bilməmişlər. Levent bildirmişdir ki, Bakı şəhərində onlarla əlaqə saxlayıb dərmanıları götürəcəklər. 12 iyul 2024-cü il tarixdə Bakıya uçuşları olmuşdur. Bakı hava limanına enəndən sonra yüklərini götürüb "yaşıl kanal"-dan keçərkən onları qırmızı kanala yönlərdirmişlər. Yoxlama zamanı ona məxsus əl çantasının içərisindən 1 flakon üçün nəzərdə tutulmuş üzərində "Herceptin 150 mg 1 flakont" sözü yazılmış 5 qutudan hər birində 3 flakon olmaqla ümumilikdə 15 flakon dərman vasitəsi, flakon üçün nəzərdə tutulmuş üzərində "Prexet 500 mg 1 flakont" sözü yazılmış 1 qutunun içərisində 2 flakon "Prexet 500 mg" və 3 flakon "Opdivo" 100mg/10ml" dərman vasitəsi, 1 flakon üçün nəzərdə tutulmuş üzərində "Prexet 500 mg 1 flakont" sözü yazılmış 1 qutunun içərisindən əlavə olaraq 3 flakon "Prexet 500 mg" və 2 flakon "Opdivo" 100mg/10ml" dərman vasitələri, həmçinin Leventin verdiyi dərmanlara aid olduğunu bildirdiyi sənədlər götürülmüşdür. Şəxs həmçinin izahatında bildirmişdir ki, o, Leventin verdiyi sənədlərin nədən ibarət olduğunu bilməmiş, Levent sənədləri dərmanlarla birlikdə onlara vermiş, həmin sənədlərdən nə üçün istifadə edəcəklərini onlara bildirməmiş, gömrük yoxlaması zamanı həmin sənədlər dərmanlarla birlikdə götürülmüş və həmin sənədlərdən istifadə edilməmişdir. Bundan əlavə Şəxs bildirmişdir ki, o Türkiyədə olarkən heç bir həkim müayinəsində olmamış və onun adına resept yazılmamışdır, dərmanların şəxsi istifadə üçün olduğunu düşündüyü üçün bəyan etməmiş, həmçinin dərman vasitələrinin bir qutuda artıq sayda yerləşdirilməsindən məlumatı olmamışdır. Sonda məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən barəsində inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müsadirəsi növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, aşkar olunmuş mallarla əlaqədar "kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası" təyin edilərək Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 6/3680-9/5774 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilən dərman preparatlarının tərkibində olan komponentlər "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları"na və " Güclü təsir edən maddələr və onların külli miqdarlarının, habelə zəhərli maddələrin siyahıları"na daxil deyillər. Lakin qeyd olunan rəydə təqdim edilmiş dərman vasitələrinin dəyərinin müəyyən edilməsi onların Respublikada yerləşən apteklərdə və yerli internet saytlarında satışı barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır edilmişdir. 23 yanvar 2025-ci il tarixli cinayət işinin başlanılmasının hissəvi rədd edilməsi və toplanmış materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, 26 flakon üzərində "Herceptin 150 mg 9 flakon, "Prexet 500 mg və 09 flakon "Opdivo 100mg/10ml" dərman vasitəsi hesab olunmayan malların gömrük sərhədindən bəyan etməklə keçirilməsinə görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat Şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması və inzibati araşdırma aparılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə J276 saylı İstanbul-Bakı aviareysi ilə gələn Şəxs 17.772 (on yeddi min yeddi yüz yetmiş iki) manat dəyərində dərman vasitəsi hesab olunmayan malları gömrük sərhədindən bəyan etməməklə keçirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə Şəxs əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müsadirə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan üzərində aparılmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 15 flakon “Herceptin 150 mg”, 5 flakon “Prexet 500mg” və 5 flakon “Opdiva 100mg/10ml” adlı dərmanlar müsadirə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-549/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-549/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver