Məhkəmə qərarları › İş №3(003)-550/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-550/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-550/2022 26.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X1 iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə haqqında Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 29 oktyabr 2021-ci il tarixli protokola əsasən Şəxs 31 avqust 2021-ci il tarixdə, saat 16:00-da idarə etdiyi «Fiat Fiorino» minik markalı, **-JB-*** dövlət nömrə nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Neman Şirinov tərəfindən 05 fevral 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəsatət təqdim edərək inzibati xəta haqqında iş üzrə icraatın materiallarının Xəzər RPİ-nin İŞ-nə göndərilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X2 vəsatəti müdafiə edərək inzibati xəta haqqında iş üzrə icraatın materiallarının Xəzər RPİ-nin İŞ-nə göndərilməsi və Şəxs barəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun vəkilini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan «Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi barədə» Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 15 aprel 2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Neman Şirinov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 fevral 2022-ci il tarixli qərar ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün Xəzər RPİ-nin İŞ-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni zamanda Şəxs vəsatətdə İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən istinad edərək iş üzrə icraata xitam verilməsinə dair xahişi ilə bağlı ona izah edilir ki, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Bakı şəhəri Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Neman Şirinov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 fevral 2022-ci il tarixli qərarı Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 15 aprel 2022-ci il tarixli qərarına əsasən ləğv olunaraq material əlavə araşdırma aparılması üçün Xəzər RPİ-nin İŞ-nə göndərilsə də, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olması müəyyən olunmadığından və bu əsasla materiallar istintaq orqanına göndərilmədiyindən hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12, 40, 43, 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə haqqında inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərl Xəzər rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət və ya protest verilə bilməz. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar