Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-550/2023 22.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin sahə rəisi, polis mayoru X1, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binə qəsəbəsi, 101 saylı yataqxanada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis Şöbəsindən (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ) daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs ilə X2 arasında mübahisə düşmüş və onlar bir-birlərinə dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişlər. Bununla əlaqədar Şəxs barəsində Xəzər RPİ 3-cü PŞ-nin sahə rəisi, polis mayoru X4 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Xəzər RPİ 3-cü PŞ-nin sahə rəisi, polis mayoru X4 protokolun məzmununa uyğun izahat verdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək bildirdi ki, Bəyaz və Vüsal onun qonşularıdır. xx.xx.2022-ci il tarixdə yaşadığı evinə gələn zaman dəhlizdə Vüsal Sadıqovu görmüş, lakin ona reaksiya vermədən evə girmişdir. Daha sonra evdən dəhlizə çıxan zaman Vüsal onun ünvanına nalayiq söyüşlər söymüş və taxta parçası götürərək onu vurmuş, daha sonra həmin taxta parçasını ondan alaraq əlbəyaxa olmuşlar. Əlbəyaxa olan zaman o, yerə yıxılmış Vüsal yerdə də onu təpiklə vurmuş və daha sonra qonşular onları ayırmışlar. O, Bəyaz Əliyevanı vurmamış, ona heç bir xəsarət yetirməmiş, lakin Vüsal Sadıqovla əlbəyaxa olmuşdur. Bütün bunların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında göstərdi ki, o, Binə qəsəbəsində 101 sayl yataqxanada həyat yoldaşı X6 və övladları ilə birlikdə yaşayır. Şəxs onun qonşusudur. xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində yaşadığı evindən eyvana çıxan zaman həyat yoldaşı Bəyaz Əliyevanın həyətdə ağladığını görmüş, ondan nə olduğunu soruşmuş, o isə pilləkəndən düşəndə onu Rəhilənin vurduğunu bildirmişdir. Daha sonra həmin gün saat 22:00 radələrində yaşadığı evində olan zaman həyat yoldaşı Bəyazın Rəhilə ilə mübahisə etdiyini eşitmiş və Rəhilənin Bəyazın ünvanına nalayıq söyüşlər söyərək üzərinə getdiyini görmüş, daha sonra onlar əlbəyaxa olmuşlar. O, həmin vaxt onları ayırmağa çalışsa da Rəhilə onu da söyərək hücüm etmiş və üz nahiyəsinə cırmaq ataraq xəsarət yetirmişdir. Beləliklə dava-dalaş zamanı qonşular səs-küyə çıxaraq onları ayırmışlar, o, taxta parçasını götürüb Rəhiləni vurmaq istəmiş, lakin Rəhilə taxta parçasını ondan alaraq Bəyazın başına vurmaq isdədikdə qonşusu Nəsimi İsmayılov həmin taxta parçasını onun əlindən almışdır. Rəhilə onun həyat yoldaşı Bəyazla əlbəyaxa olduqları vaxt o, onları ayırmaq istəmiş, Rəhiləni taxta parçası ilə vurmaq isdəsə də Rəhilə onun əlindən taxta parçasını almış, ona görə onu vura bilməmiş, lakin Rəhiləni əli ilə itələmişdir. Hadisə 101 saylı yataqxananın dəhlizində baş vermiş, təxminən 1015 dəqiqə davam etmiş, həmin vaxt orada qonşular olmuşlar. Bütün bunların nəzərə alaraq Şəxs inzibati tənbeh verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və zərərçəkmiş şəxsin izahatı və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 yanvar 2023-cü il tarixli qərardan müəyyən olunur ki, cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs və X3 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından barəsində göstərilən maddənin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə ərazi aidiyyəti üzrə əməkdaşa tapşırıq verilmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, iş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binə qəsəbəsi, 101 saylı yataqxanada yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-550/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-550/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver