Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-551/2024 06.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 06 mart 2024-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X7 izahat verərək bildirdi ki, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(003)-593/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X4 18 yanvar 2014-cü il təvəllüdlü X9 ilə ardıcıl olaraq, hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 12:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Buna baxmayaraq, Şəxs 18 yanvar 2014-cü il təvəllüdlü X5 anası X10 ilə Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(003)-593/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə təyin olunmuş görüşlərə gətirmədiyi aşkar edilmişdir. Bundan əlavə Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(003)-165/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X9 anasına verilməli, bundan sonra aliment hesablanmalıdır. Borclunu tapmaqda çətinlik çəkirik. Hər dəfə bəhanələrlə uşağı görüşə gətirmir. Son psixoloq rəyindən sonra ümumiyyətlə onu tapa bilməmişlər. Uşaq hazırda axtarışdadır. Uşağı gətirmədiyinə görə nə görüş, nə də uşağın alınıb verilməsini icra edə bilməyib. İcra sənədi icra şöbəsinin icraatına daxil olduqdan sonra borcluya icra sənədi üzrə borcunu könüllü ödəməsilə bağlı müvafiq qərar və bildiriş təqdim edilmişdir. Lakin borclu Şəxs adıçəkilən icra sənədinin icrasından yayınır və icra sənədinin icrasını dolayısı şəkildə icra etmir. Borclunun əmlak vəziyyəti yoxlanılmış və adına heç bir əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə tərəfindən zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Borclu icra şöbəsinə gəlməkdən boyun qaçırdığı üçün onun barəsində axtarış qərarı qəbul edilmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bu səbəbdən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X6 onun yeni nikahından olan yoldaşı tərəfindən baxıldığını, daima görüşlərə onun apardığını və qızının öz istəyi ilə anası X10 ilə görüşmək istəmədiyini bildirmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X10 fotoşəkilləri təqdim edərək X3 üzündə və bədənində müxtəlif yaraların olduğunu, Şəxs yeni nikahından olan yoldaşının 12 və 14 yaşlarında iki oğlan övladının olması ilə əlaqədar olaraq qızının vəziyyətindən narahat olduğunu, həmçinin onun təzyiqə məruz qalaraq onunla görüşməsinin qarşısının alındığını qeyd edərək məhkəmənin düzgün qərar çıxarmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(003)- 165/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 atadan alınaraq anası X8 verilməsi və saxlanması üçün hər ay 160 manat məbləğində pul vəsaiti Şəxs tutularaq X4 xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(003)-593/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı X4 18 yanvar 2014-cü il təvəllüdlü X9 ilə ardıcıl olaraq, hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 12:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Xəzər Rayon Məhkəməsinin 2(003)-593/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin könüllü icra edilməsi təklif edilmişdir. Həmin qərar və bildiriş borclu tərəfindən rəsmi olaraq qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Xəzər Rayon Məhkəməsinin 2(003)-165/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin könüllü icra edilməsi təklif edilmişdir. Həmin qərar və bildiriş borclu tərəfindən rəsmi olaraq qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, psixoloqun uşaq və tərəflərlə etdiyi söhbətin nəticəsində uşağın öyrədilmə faktoru müşahidə olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bir neçə icra sənədlərinin ümumi icraatda birləşdirilməsi barədə qərardan görünür ki, Şəxs barəsində olan icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X9 barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş çoxlu sayda aktın surətindən məlum olur ki, uşaq etiraz etdiyindən, həmçinin borclu uşağı şöbəyə gətirmədiyindən icra sənədinin icrası mümkün olmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(003)-593/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(003)-165/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə müəyyən olunmuş tələbi qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmışdır. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Ş.Neymətzadə tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq, onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-551/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-551/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver