Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-553/2025 14.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Rüstəmov Emin Şahin oğlu, Şəxs qızının barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı protokola baxaraq müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ tərəfindən Şəxs qızı barəsində xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs qızı barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Müəyyən olundu ki, Şəxs qızı barəsində Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru X1 tərəfindən 24 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş protokola ekspertiza rəyi əlavə edilməmişdir. Maddi zərərin 100 manat miqdarında qiymətləndirilməsinin necə aparılması barədə hər hansı məlumat və sübut yoxdur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqdan, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, inzibati xəta haqqında material natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs qızı barəsində Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru Zaur Babayev tərəfindən 24 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə MN seriyalı ******* saylı protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılsın. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-553/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-553/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver