Məhkəmə qərarları › İş №3(003)-555/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-555/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-555/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkiliVəkil iştirakları ilə, Şəxs xx.xx.1982-ci il tarixdə Qazax rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 28 fevral 2023-cü il tarixli MN № ******* saylı protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3480/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs Şəxs ilə birgə nikahlarından anadan olan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 ataları Zərərçəkmiş şəxs ilə hər həftənin şənbə günləri, saat 12:00-dan 17:00-a kimi sərbəst uşaqla ünsiyyət hüququ həyata keçirilməlidir. Lakin borclu Şəxs adı çəkilən icra sənədinin icrasından yayınaraq icra sənədinin icrasını dolayısı şəkildə icra etmir.Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd edilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs uşaqların özlərinin ataları ilə görüşməkdən imtina etdiklərini, onun tərəfindən uşaqlara heç bir kənar təsir göstərilmədiyini qeyd edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil öz izahatında qeyd etmişdir ki, icra sənədi üzrə Şəxs üzərinə düşən vəzifə uşaqları icra məmurunun yanına gətirməkdən ibarətdir. Şəxs da öz növbəsində üzərinə düşən vəzifəni icra edir. Sonrakı prosedurda baş verənlərə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məsuliyyət daşımır. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraataxitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, Şəxs uşaqlara kənar təsir göstərməklə onların Zərərçəkmiş şəxs ilə görüşmələrinə mane olur. Bu səbəbədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3480/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs Şəxs ilə birgə nikahlarından anadan olan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci iltəvəllüdlü X3 ataları Zərərçəkmiş şəxs ilə hərhəftənin şənbə günləri, saat 12:00-dan 17:00-a kimi sərbəst uşaqla ünsiyyət hüququ həyata keçirilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 3480/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin 10 gün ərzində könüllü şəkildə icra edilməsi xahiş edilmişdir. Həmin qərar və bildiriş Şəxs tərəfindən rəsmi olaraq xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş aktların surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından anadan olan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 ataları Zərərçəkmiş şəxs ilə görüşməkdən imtina etdikləri üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 3480/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin icra edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş 13.01 2023-cü il tarixli aktın surətindən görünür ki, 13.01 2023-cü il tarixdə Xəzər rayon İcra Şöbəsinin inzibati binasında Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3480/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin icra edilməsi prosesi həyata keçirilmişdir. Həmin prosesdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin psixoloq-məsləhətçi vəzifəsində işləyən Zülfiyyə Yaqubova iştirak etmişdir. Psixoloq-məsləhətçinin uşaqlarla ünsiyyəti zamanı uşaqlaraataları ilə görüşdən imtina edilməsi üçün kənar təsirlərin olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)- 555/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 3(103)-785/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-3480/2022 saylı icra sənədi üzrə tələbin icra edilməsi prosesinə dəvət edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin psixoloq-məsləhətçi vəzifəsində işləyən Zülfiyyə Yaqubova uşalarla ünsiyyətdə olmuş və bu ünsiyyət zamanı uşaqlara öz ataları ilə görüşdən imtina edilməsi üçün kənar təsirlərin olmasını aşkar edilmişdir. Bu barədə icra məmurunun, psixoloq-məsləhətçinin və icra sənədi üzrə tərəflərin iştirakı ilə müvafiq akt tərtib edilmişdir. Apellyasiya baxışı zamanı borclu tərəfin təqdim etdiyi psixoloq rəylərində uşaqlara öz ataları ilə görüşdən imtina edilməsi üçün kənar təsirlərin olmasının istisna edildiyi qeyd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına qiymət verilməsi üçün Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 3(003)-555/2023saylı qərarı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3480/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbi icra etməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən borclu tərəf icra sənədi üzrə tələbin icrasının Şəxs iradəsindən asılı olmayan səbəblərdən baş verdiyini, onun tərəfindən adıçəkilən icra sənədinin icrasına heç bir maneəçilik törədilmədiyini qeyd etmişdir. Lakin iş materillarındanda göründüyü kimi Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3480/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin icra edilməsi prosesinə dəvət edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin psixoloq-məsləhətçi vəzifəsində işləyən Zülfiyyə Yaqubova uşaqlarla ünsiyyətdə olmuş və bu ünsiyyət zamanı uşaqlara öz ataları ilə görüşdən imtina edilməsi üçün kənar təsirlərin olmasını aşkar edilmişdir. Bu barədə icra məmurunun, psixoloq-məsləhətçinin və icra sənədi üzrə tərəflərin iştirakı ilə müvafiq akt tərtib edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə MN № ******* saylı protokol 28 fevral 2023-cü il tarixdə tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, inzibati xətanın törədildiyi gün 28 fevral 2023-cü il tarixdən əvvəl olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə, inzibati xətanın törədildiyi günü 28 fevral 2023-cü il tarixdən əvvəl hesab edərək belə nəticəyə gəlir ki, Şəxs tərəfindən inzibati xətanın törətdiyi gündən dörd aydan artıq vaxt keçmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, hesab edirəm ki, Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 114, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar