Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-555/2025 12.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X4, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nın sahə inspektoru, polis kapitanı X3 iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş 12 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs ictimai asayişi pozaraq xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bununlada onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nın sahə inspektoru, polis kapitanı X5 12 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, bildirdi ki, xx.xx.2025-ci il tarixdə X8 şikayət ərizəsi ilə Xəzər RPİ-nə müraciət etmişdir. Müraciətdə A.Abbasova xx.xx.2025-ci il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində əvvəllər tanımadığı Şəxs tərəfindən heç bir səbəb olmadan nalayiq ifadələr ilə söyülüb təhqir edildikdən sonra Şəxs ilə aralarında yaranmış münaqişə zamanı sonuncu tərəfndən döyülməsinə cəhd olunması barədə bildirərək, Şəxs barədə qanuni tədbir görülməsin xahiş etmişdir. Polis əməkdaşları hadisə yerinə gedərək Şəxs sakitləşdirib, ona qanuna zidd hərəkətlər etməməsi tələbini etsə də, Şəxs ətrafa toplaşan vətəndaşları və polis əmakdaşlarını nəzərə almadan küçə söyüşləri söyüdüyü üçün eyni zamanda polisin qanuni tələbinə əməl etmədiyi üçün Xəzər RPİ-nə aparılıb növbətçi hissəyə təhvil verildiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Ayişə Abbasovanın təhqir etməyib, onun ünvanına ümumiyyətlə nəlayiq ifadə işlətməmişdir. Özünü polis əməkdaşı kimi təqdim edən və sonradan ona yaxınlaşan polis əməkdaşları ilə aralarında münaqişə və mübahisə olmayıb,belə ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus "Hyundai" markalı avtomobili Mərdəkan qəsəbəsi, Yesenin küçəsində mağazaya getdiyi üçün avtomobili saxlayıb geri qayıtmışdır. Avtomobilə yaxınlaşıb avtomobilin qapısını açan zaman avtomobilin qabaq tərəfində dayanmış polis idarəsində Abbasova Ayişə kimi tanıdığı qadın qəfl onun ünvanına nəlayiq ifadə işlədib, həmin vaxt mülki paltarda özünü polis əməkdaşı kimi təqdim edən yaxınlıqda dayanmış şəxs ona yaxınlaşıb və heç bir münaqişə və mübahisə etmədən polis əməkdaşlarının dəvəti ilə polis avtomobilinə əyləşərək Xəzər rayon polis idarəsinə getmişdir. Barəsində olan inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, 11 mart 2025-ci il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində əvvəllər tanımadığı Şəxs tərəfindən heç bir səbəb olmadan nalayiq ifadələr ilə söyülüb təhqir edildikdən sonra Şəxs ilə aralarında yaranmış münaqişə zamanı sonuncu tərəfindən döyülməsinə cəhd olunması barədə bildirərək, Şəxs barədə qanuni tədbir görülməsi barədə Xəzər Rayon Polis İdarəsinə müraciət etmişdir. Şəxsn barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili X2 izahatında xx.xx.2025-ci il tarixdə Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində olan zaman əvvəllər tanımadığı sonradan polis idarəsində şəxsiyyəti Şəxs kimi müəyyən edilən şəxs tərəfindən, əvvələr tanımadığı və polis idarəsində X1 tanıdığı şəxsə qarşı nəlayiq ifadələr işlədib uca səslə söyüşlər söydüyünü görüb Şəxs yaxınlaşmış, sonuncuya özünü təqdim etdikdən sonra Şəxs sakitliyə riayət edilməsini və nalayiq küçə söyüşləri söyməməsini tələb etsədə, Şəxs onun qanuni tələbinə əməl etməkdən imtina etdiyi üçün onun tərəfindən hadisə yerinə çağırılmış ÇPA-nın post patrul xidməti əməkdaşlarının köməkliyi ilə Şəxs Xəzər RPİyə aparıldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olan 12 mart 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs ictimai asayişi pozaraq xuliqanlıq etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Məhkəmə iş materialını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Təqdim olunmuş materiallarından görünür ki, Şəxs izahatı iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə iş üzrə digər sübutlar iş materiallarına əlavə edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəlləri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə ƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 12 mart 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xəzər rayon 1ci Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və və protesti verilə bilməz. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-555/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-555/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver