Məhkəmə qərarları › İş №3(003)-556/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-556/2022

11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-556/2022 11.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə Şəxs xx xxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki uşağı olan, orta təhsilli, fəhləliklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağlarında nömrəsiz evdə yaşayan haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 13 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-675/2019 saylı, 30 yanvar 2019-cu il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 göstərdi ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-675/2019 saylı, 30 yanvar 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 30 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay 18 dekabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 154 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Şəxs 10 sentyabr 2018-ci il tarixdən başlayaraq hər ay 18 dekabr 2017-ci il təvəllüdlü X3 doğulduğu gündən 3 il tamam olan günədək 50 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 06 dekabr 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Borclu tələbkara olan aliment borcundan ödəniş etsə də, 5104 manat borcu yaranmışdır. Öz hərəkətləri ilə Şəxs qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmədə işə baxılan müddətdə borclu tələbkarla aliment borcunun hissə-hissə ödənilməsi barədə razılığa gəlmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, borclunun ona 7000 manat borcu olduğundan onun həbs olunmasını xahiş etmişdir. Borclunun aliment borcundan ödəniş etməsi üçün ərizə ilə müraciət edərək 10 gün vaxt verilməsini xahiş etmişdir. 11 may 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Şəxs heç bir şikayəti olmadığını bildirmiş, aliment işinin icraatına xitam verilməsini və 11 may 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyindən onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2018-ci ildə ailə qurmuş, lakin rəsmi nikahları yoxdur.Cahid üçün alimentlə bağlı məhkəmə qərarı var. Lakin ikinci uşağın 2 yaşı olacaq və bu uşaqla bağlı aliment tələbi yoxdur. Onlar gah ayrılır, gah da, barışırlar. Aprelin əvvəli 200 manat aliment ödəmişdir. Məhkəmədə işə baxılan müddətdə tələbkar ilə alimentin hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəldiyini bildirərək inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 675/2019 saylı, 30 yanvar 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 30 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay 18 dekabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 154 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Şəxs 10 sentyabr 2018-ci il tarixdən başlayaraq hər ay 18 dekabr 2017-ci il təvəllüdlü X3 doğulduğu gündən 3 il tamam olan günədək 50 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs 11 may 2022-ci il tarixli ərizəsindən görünür ki, Şəxs heç bir şikayəti yoxdur. Aliment işinin icraatına xitam verilməsini və 11 may 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyindən onun iştirakı olmadan baxılmasını xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 675/2019 saylı, 30 yanvar 2019-cu il tarixli icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmamış və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Hazırda isə borclu tələbkarla alimentin hissə-hissə ödənilməsi barədə razılığa gəlmiş və tələbkar inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar