Məhkəmə qərarları › İş №3(003)-556/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-556/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-556/2025 12.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin nümayəndəsi, icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin nümayəndəsi, icra məmuru X2 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 402/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 12 iyun 2009-cu il təvəllüdlü X6 və 03 may 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla Şəxs hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. Şəxs cinayət işi üzrə tutulmuş, 2024-cü ilin aprel ayında azad olunmuşdur. Azadlığa çıxdıqdan sonra icra sənədi üzrə tələbi yerinə yetirməmişdir. Hazırda icra sənədi üzrə borcun 10923 manat təşkil etməsi və həmin borcu ödəmədiyinə görə barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 9 ay müddətinə azadlıqdan məhrum olunmuş, çıxdıqdan sonra isə vərəm xəstəsi olduğuna görə işləyə bilmir. Belə ki, xəstəliyi ilə əlaqədar iş tapa bilmir. Ona anası yardım edir. 6 saylı Vərəm Dispanserində ambulator müalicə alır. Ona görə də alimenti ödəməyə imkanı yoxdur. İşləmək qabiliyyəti yoxdur. Vərəm xəstəsi olduğu üçün heç kim işə götürmür. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-402/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbi ödəməkdən yayınması səbəbinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-402/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, 12 iyun 2009-cu il təvəllüdlü X6 və 03 may 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla Şəxs hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. -Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-229/2023 saylı hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. -Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(003)-1747/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-402/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi barədə Şəxs məlumatı vardır və onun hal-hazırda həmin icra sənədi üzrə 10923 manat aliment borcu təşkil edir. Həmçinin iş materiallarından görünür ki, icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, onun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olubolmamasının yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmiş, lakin heç bir nəticə əldə olunmamışdır. İcra sənədi üzrə tələbinin icra edilməməsinin səbəbi isə xəstəliyi ilə əlaqədar işləməməsindən ibarətdir. Bu səbəbin isə üzrlü hesab edilməsi əsassızdır. Belə ki, həmin xəstəliyin həqiqətin onun iş qabiliyyətini tamamilə məhdudlaşdırması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə iclasında da müəyyən edilməmişdir. Bununla da məhkəmə qeyd edir ki, icra sənədi üzrə tələb üç uşaq üçün ödənilməli olan alimentdən ibarət olmaqla həmin alimentin ödənilməməsi üçün onun tərəfindən üzürlü səbəblərin olması müəyyən edilməmişdir. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Şəxs əməli Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə Şəxs xroniki vərəm xəstəsi olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakretizə edən halları, məsuliyyətini yüngülləşdirən halı mövcud olmasını, onun törətdiyi inzibati xətaya münasibətini, nəzərə alaraq hesab edir ki, onun Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsi məqəsdəmüvafiq hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar