Məhkəmə qərarları › İş №3(003)-559/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-559/2021

15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-559/2021 15.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1961-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş xx xxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3955/2014 nömrəli xx xxxxxx 2014-cü il tarixli icra vərəqəsinə əsasən “xxxx” MMC ilə Şəxs arasında bağlanmış xx.xx.2012-ci il tarixli 12/435 saylı daxili lizinq müqaviləsi ləğv edilmiş, xx.xx.2012-ci il tarixli 12/435 saylı daxili lizinq müqaviləsinin predmeti olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi D.Bünyadzadə küçəsində yerləşən 35 saylı fərdi yaşayış evi cavabdeh Şəxs alınaraq “xxxx” MMC-nə qaytarılmış, cavabdeh Şəxs xx.xx.2012-ci il tarixli 12/435 saylı daxili lizinq müqaviləsi üzrə 16.443 (on altı min dörd yüz qırx üç) ABŞ dolları 24 (iyirmi dörd) sent məbləğində əsas borc, 400 (dörd yüz) ABŞ dolları məbləğində dəbbə pulu borcu olmaqla, cəmi 16.843 (on altı min səkkiz yüz qırx üç) ABŞ dolları 24 (iyirmi dörd) sent məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə və 30 (otuz) manat dövlət rüsumu “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan həmin icra sənədini icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3955/2014 nömrəli xx xxxxxx 2014-cü il tarixli icra vərəqəsinə əsasən “xxxx” MMC ilə Şəxs arasında bağlanmış xx.xx.2012-ci il tarixli 12/435 saylı daxili lizinq müqaviləsi ləğv edilmiş, xx.xx.2012-ci il tarixli 12/435 saylı daxili lizinq müqaviləsinin predmeti olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi D.Bünyadzadə küçəsində yerləşən 35 saylı fərdi yaşayış evi cavabdeh Şəxs alınaraq “xxxx” MMC-nə qaytarılmış, cavabdeh Şəxs xx.xx.2012-ci il tarixli 12/435 saylı daxili lizinq müqaviləsi üzrə 16.443 (on altı min dörd yüz qırx üç) ABŞ dolları 24 (iyirmi dörd) sent məbləğində əsas borc, 400 (dörd yüz) ABŞ dolları məbləğində dəbbə pulu borcu olmaqla, cəmi 16.843 (on altı min səkkiz yüz qırx üç) ABŞ dolları 24 (iyirmi dörd) sent məbləğində pul manatın ödəniş gününə məzənə nisbəti ilə və 30 (otuz) manat dövlət rüsumu “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Borclu ödəniş etsə də, hazırda onun 18788 manat borcu qalmışdır. xx xxxxx 2021-ci il tarixdə borclu Xəzər rayon İcra şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında borcunu hal-hazırda maddi imkanı olmadığı üçün tam ödəyə bilməyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər tam icra etməmişdir. Məhkəmənin gedişində borclu borcundan cəmi 1500 manat ödəmişdir. Bunun nəzərə alınaraq borclu barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, maddi vəziyyətində yaranmış müvəqqəti çətinlikləri ilə bağlı borcunu tam ödəyə bilməmiş, lakin məhkəmə baxışı zamanı tələbkara 1500 manat ödəniş etmişdir, qalan məbləği də yaxın zamanda ödəməyə çalışır. Belə ki, hazırda işə düzəlmişdir, bundan başqa, mülkiyyətində daşınar və daşınmaz əmlaklar vardır, lazım olarsa, həmin əmlaklar hesabına da borcun ödənilməsini təmin edəcəkdir. Bütün bunların nəzərə alınaraq onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, borclu Şəxs tələbkar “xxxx” MMC-nin hesabına cəmi 1500 manat pul köçürmüşdür. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs maddi vəziyyətində olan müvəqqəti çətinlikləri ilə bağlı 18788 manat borcunu tam ödəyə bilməmiş, lakin məhkəmənin gedişində qalıq borcundan 1500 manat ödəniş etmiş, qalan məbləği də yaxın vaxtlarda ödəyəcini vəd etmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1961-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar