Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-559/2023 06.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə xx xxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, deməsinə görə subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Zirə qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşayan və yaşayan Şəxs haqqında Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 06 mart 2023-cü il tarixli protokola əsasən Şəxs Xəzər rayonu, Zirə qəsəbəsində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etdiyinə görə saxlanılmışdır. Sonradan o, narkoloji müayinədən keçirilmiş və narkotik vasitə istifadəçisi olması xx.xx.2023-cü il tarixli 1021 saylı akta əsasən təsdiq edilmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Natiq Ağamirzəyev tərəfindən 04 mart 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 2012-ci ildə Azərbaycan Respublikası CM-nin 126cı maddəsi ilə təqsirli bilinərək 03 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təxminən 1 ilə yaxındır ki, 2-3 gündən bir olmaqla metadondan istifadə edir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı evin qarşısında polis əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli olduğuna görə saxlanılmış və şöbəyə aparılmışdır. Həkim müayinəsindən keçirilərkən sidiyində metadon aşkar olunmuşdur. O, bu gün saat 09:30-da polis şöbəsinə gəlmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 1021 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs sidiyində MOP(+), MTD(+) aşkar edilmişdir. İş materiallarında olan Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 1222 nömrəli 03 fevral 2023-cü il tarixli rəyindən görünür ki, müayinə olunan Şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Məhkəmə Şəxs əməlini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmədə müəyyən olundu ki, Şəxs 2012-ci ildə Azərbaycan Respublikası CMnin 126-cı maddəsi ilə təqsirli bilinərək 03 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, məhkəmədə müəyyən olundu ki, Şəxs narkomaniya xəstəliyi aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə Şəxs şəxsiyyətini, onda narkomaniya xəstəliyi aşkar olunmasını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə cəzasının təyin olunması məqsədə müvafiq deyil, barəsində inzibati həbs tənbehi tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:30-da Xəzər RPİ-nin 1-ci PŞ-nə gəlmişdir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 06 mart 2023-cü il tarixdən, saat 09:30-dan hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrası Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-559/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-559/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver