Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-56/2022 14.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Xəzər rayon Polis idarəsinin 3-cü Polis şöbəsindən daxil materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 23 dekabr 2021-ci il tarixli protokola əsasən Şəxs Xəzər rayonu, Binə qəsəbəsində Bakavtomat yolunda 22 dekabr 2021-ci il tarixdə ərzaq dükanında qanunla dövriyyəsi qadağan edilmiş pirotexniki maddələri satmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xətalar haqqında protokol və digər sənədlərin onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan və izahatdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşadığı ünvan və fərdi identifikasiya nömrəsi göstərilməmişdir. Bu isə onu göstərir ki, vətəndaşın şəxsiyyəti müəyyən olunmamışdır və inzibati xəta haqqında materiala məhkəmədə baxılması zamanı müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə material Bakı şəhəri Xəzər rayon Polis idarəsinin 3-cü Polis şöbəsinə geri qaytarılsın. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-56/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-56/2022
14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver