Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-563/2023 06.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs xx xxx 1996-cı ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yerləşən nömrəsiz fərdi evdə yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Xəzər rayon Polis idarəsinin 3-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 06 mart 2023-cü il tarixli protokola əsasən Şəxs 06 mart 2023-cü il tarixdə, saat 03:00 radələrində «Bravo» marketdə C.Cəlilbəyli və E.Məzahirli ilə aralarında baş vermiş mübahisə zamanı onları təhqir etməklə xırda xuliqanlıq etmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı Rəhman Məmmədov tərəfindən 06 mart 2023-cü il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 06 mart 2023-cü il tarixdə, saat 03:00 radələrində «Bravo» marketdə olarkən əvvəllər tanımadığı üç nəfər şəxs ilə aralarında mübahisə baş vermiş və həmin şəxslər onu təhqir etmşilər. O, da cavab olaraq onları söymüşdür. Törətdiyi əməldən səmimi peşman olduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olduğunu bildirərək məhkəmədən yüngül cəzasının verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs 06 mart 2023-cü il tarixdə, saat 03:00 radələrində «Bravo» marketdə C.Cəlilbəyli və E.Məzahirli ilə aralarında baş vermiş mübahisə zamanı onları təhqir etməklə xırda xuliqanlıq etmişdir. Ona görə də, onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını və ailəyə qazanc gətirən yeganə şəxs olduğunu məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, onun barəsində həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh olunmalıdır. İş materiallarında olan AZA seriyalı 016916 nömrəli, 06 mart 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 mart 2023-cü il tarixdə, saat 03:50-də inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-563/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-563/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver