Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-563/2025 13.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin sahə inspektoru, polis kapitanı X11 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə inspektoru, polis kapitanı X11 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Xəzər rayonu, Sergey Yesenin küçəsində baş mübahisə zamanı Şəxs polisin qanuni tələblərinə əmələ etmədiyi və xırda xuliqanlıq etdiyi üçün barəsində təhqiqatçı tərəfindən qəbul edilmiş qərar əsasında İXM-nin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaları etiraf etməyərək bildirdi ki, marketin qarşısında avtomobilini saxlamış, dostları ilə marketə girmiş, çıxarkən avtomobilin ön tərəfində iki qadının əyləşdiyini görmüş, onlara fikir vermədən avtomobilinə əyləşmişdir ki, bəlkə onlar avtomobildən uzaqlaşarlar. Bu zaman qadın arxaya çevrilərək, onu küçə ifadələri ilə nalayiq təhqir etməyə başlamışdır. Onu tanımadığını demişdir. Ona heç bir cavab verməmişdir. Bu zaman mülki geyimdə olan polis əməkdaşı onu kənara çəkmiş və post patrul avtomobili onlara yaxınlaşmışdır. Həmin mülki geyimdə olan polis əməkdaşı 3 nəfər polis əməkdaşına demişdir ki, onu şöbəyə aparmalıdırlar. Yolda gedərkən onu sifariş ilə apardıqlarını, kimə istəyirsə zəng edə biləcəyini bildirmişlər. Polis İdarəsi yaxın olduğundan Dostməmməd adlı polis əməkdaşı onun telefonunu zorla əlindən almışdır. Hal-hazırdada telefonu ondadır. Qadının polisdə verdiyi izahatı yalan izahatdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsin izahatını, dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə inzibati xəta haqqında protokolla yanaşı, eləcə də iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirildiyindən həmin maddələrlə təqsirli bilinərək müvafiq qaydada tənbeh olunmalı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xəzər rayonu, Sergey Yesenin küçəsində baş mübahisə zamanı X9 nəlayiq ifadələrlə təhqir etməsi və polis əməkdaşları ilə mübahisə edərək polisin qanuni tələblərinə əməl etməmişdir. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. -inzibati qaydada tutma haqqında AZA 023132 nömrəli, xx.xx.2025-ci tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. -“Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi və Şəxs barəsində İXM-nin 510 və 535-ci maddəsi ilə inzibati təsir tədbirləri görülməsi üçün Xəzər RPİ-nin İTŞ-nə həvalə edilməsi qərara alınmışdır. -Həmin qərardan görünür ki, X15 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə 12:10 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi ilə piyada yol gedən zaman mobil telefonuna zəng gəlmiş, o telefon ilə danışmaq üçün dayanıb mobil telefon ilə danışa-danışa özündən aslı olmayaraq yolun kənarında park edilmiş və sürüsü salonda olmayan sonradan markasının “Hyundai” olduğunu bildiyi avtombilin qabaq sol qanadının yan tərəfinə söykəndiyini, bu vaxt əynində sarı rəngli gödəkçə olan əvvəllər tanımadığı şəxs avtomobilin qapısına yaxınlaşıb, avtomobilin qapısını açaraq, onun ünvanına nalayiq küçə söyüşü söyərək, “nədi maşını mundarlayırsan, yer tapmadın uzanmağa” sözünü ona deməsini göstərərək, qəfil və heç bir səbəb olmadan ünvanına tanımadığı şəxs tərəfindən işlədilən küçə söyüşündən əsəbləşib, həmin şəxs ilə arasında sözlü mübahisə yarandıqdan sonra naməlum şəxs daha da aqresifləşib, dayanmadan onun ünvanına uca səslə nalayiq ifadələr işlədərək onun üzərinə hücum çəkdiyini bildirərək, münaqişə və söyüş səslərinə topalaşan təxminən 20-25 nəfər qadınlı və kişili vətəndaşlar onun üzərinə söyüş söyərək hücum çəkmək istəyən şəxsın qarşısına keçərək, şəxs tərəfindən ona fiziki zor tədbiq olunmasının qarşısını alınsada, hadisə yerində olan özünü polis əməkdaşı olaraq təqdim edən mülki paltarlı şəxs onu küçə söyüşləri ilə söyüb təhqir edən şəxsi sakitləşdirə bilməyi üçün, eyni zamnda onu təhqir edən şəxs mülki paltarlı polis əməkdaşının da ünvanına nalayiq ifadələr işlətdikdən sonra mülki paltarlı polis əməkdaşı hadisə yerinə başqa polis əməkdaşlarını cağırdığını bildirmişdir. İzaahatını davam etdirən A.Abbasova hadisə yerinə patrul avtomobili ilə yaxınlaşan polis əməkdaşları ilə nalyiq ifadələr işlədərək qanunsuz hərəkətlər edən şəxs ilə polis əməkdaşları arasında yaranan uzun mübahisələrdən sonra əvvəlcə özünü təqdim etməkdən və polis əməkaşlarına sənəd təqdim etməkdən imtina edən, eyni zamanda polis əmkdaşları ilə də küçə söyüşləri ilə danışan özünü Şəxs kimi təqdim edən şəxsin Xəzər RPİ-nə aparıldığını bildirmişdir. -Həmin qərardan həmçinin görünür ki, araşdırma zamanı Xəzər RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili X4 izahatında xx.xx.2025-ci il tarixdə Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində olan zaman əvvəllər tanımadığı sonradan polis idarəsində şəxsiyyəti Şəxs kimi müəyyən edilən şəxs tərəfindən, əvvələr tanımadığı və polis idarəsində X2 tanıdığı şəxsə qarşı nəlayiq ifadələr işlədib uca səslə söyüşlər söydüyünü görüb Şəxs yaxınlaşmış, sonuncuya özünü təqdim etdikdən sonra Şəxs sakitliyə riayət edilməsini və nalayiq küçə söyüşləri söyməməsini tələb etsə də, Şəxs onun qanuni tələbinə əməl etməkdən imtina etdiyi üçün onun tərəfindən hadisə yerinə çağırılmış ÇPA-nın post patrul xidməti əməkdaşlarının köməkliyi ilə Şəxs Xəzər RPİ-yə aparıldığını bildirmişdir. -Həmçinin həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış ÇPA-nın PPX-nin polis nəfəri polis serfantı X16 izahatında xx.xx.2025-ci il tarixdə 12:10 radələrində inzibati ərazi olan Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində xidmət aparan zaman, "Stansiya” adalan ərazidə münaqişə olması barədə məlumat alıb, xidmət etdiyi iş yoldaşı polis seriantı X10 ilə bilrikdə hadisə yerinə polis avto-patrulu ilə yaxınlaşıb, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində “Stansiya” adlanan yerdə, yolun kənarında 20-25 nəfərə yaxın qadın və kişi olan vətəndaşlar bir yerə topalaşmışlar, əynində sarı rəngli gödəkçə olan və sonradan polis idarəsində Şəxs kimi şəxsiyyəti müəyyən olunan şəxs, eyni zamnda polis idarəsində X3 tanıdığıı qadının ünvanına nalayiq küçə söyüşləri və nalayiq ifadələr işlətməsin görüb, hadisə yerində olan Xəzər RPİ-nin, CAŞ-nin əməkdaşı Dostməmməd Muradov ilə bilikdə qanuna zidd hərəkətlər edən Şəxs sakitləşdirib, ona qanuna zidd hərəkətlər etməməsi tələbini etsə də, Şəxs ətrafa topalaşan vətəndaşları və polis əmakdaşlarını nəzərə almadan küçə söyüşləri söyüdüyü üçün eyni zamanda polisin qanuni tələbinə əməl etmədiyi üçün Xəzər RPİ-nə aparılıb növbətçi hissəyə təhvil verildiyini bildirmişdir. Araşdırma zamanı izahatı alınmış ÇPA-nın PPX-nin polis nəfəri polis seriantı X10 ÇPA-nın PPX-nin polis nəfəri polis seryantı X8 izahatına tam oxşar izahat vermişdir -Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən təqdim edilmiş “DWD” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, bir nəfər qadın yaş asfalt rəngində olan avtomobilin qarşısına söykənərək telefonla danışan zaman, Şəxs marektdən çıxaraq avtomobili idarə etmək üçün əyləşmək istəyərkən sözügedən qadınla aralarında mübahisə yaranması, sonra ətrafdakı şəxslərin onları ayırması, polis əməkdaşlarının xidməti avtomobillərindən düşərək onlara yaxınlaşması, daha sonra A.Dəmirovu avtomobilə əyləşdirərək aparmaları müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 8.2 və 8.3-cü maddəsin əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddənin tərkibini yaradır. İşin araşdırılmış hallarından görünür ki, Şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtı etdiyi hərəkətlərin ictimai qaydanın mühafizəsi üzrə vəzifələrini yerinə yetirən və xidməti fəaliyyətini həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması kimi qiymətləndirilməsi mümkün deyildir. Belə ki, məhkəmə bu qənaətinə gəlməyin əsaslarını qeyd edərək bildirir ki, polis əməkdaşlarının “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarda polis əməkdaşları X4, X16 və X5 izahatları ilə məhkəmə iclasında tədqiq edilmiş “DWD” diskdə olan görüntülərin uyğunluq təşkil etmir. Həmin görüntülərdə Şəxs polis əməkdaşlarının göstərişləri əsasında onların avtomobilinə əyləşdiyi, heç bir müqavimət göstərmədiyi görünür. X1 aralarında yaranmış mübahisə zamanı nəlayiq ifadələr işlətməsi özlüyündə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilməsini məhkəmə əsassız hesab edir. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olması da müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 53.2-ci maddəsin əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Lakin işin araşdırılmış hallarından müəyyən edilir ki, Şəxs tərəfindən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlərin edilməsi, yəni zərərçəkmiş şəxs X15 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu ictimai yerdə kənar şəxslərə məhəl qoymadan söyüb təhqir etməsi səbəbindən Şəxs hərəkətləri məhz xırda xuliqanlıq hərəkətləri kimi qiymətləndirilməlidir. Ona görə ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməli, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad olunsun. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-563/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-563/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver