Məhkəmə qərarları › İş №3(003)-566/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-566/2022

28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-566/2022 28.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhər Baş Polis İdarəsi X2i İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Şəxs barəsində Bakı şəhər Baş Polis İdarəsi X2 İdarəsinin Yol Patrul Xidməti inspektoru E.Seyidov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, 29 mart 2022-ci il tarixdə, saat 09:15 radələrində “KİA RİO” minik markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs tərəfindən sərxoş vəziyyətdə idarə edildiyi aşkar olunmuşdur.Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab etməyərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan dəfələrlə xəbərdar olunmasına baxmayaraq, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində göstərilən əlamətlər yoxdur və buna görə həmin maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolundan görünür ki, Şəxs xüsusi texniki vasitədən (alkotesterdən) istifadə edilməklə sərxoşluq vəziyyəti müəyyən edilmişdir. Həmin protokol xx.xx.2022-ci il tarixdə, saat 09:43-də tərtib edilmiş və protokolda həmin vaxt Şəxs alkoqol sərxoşluğunun dərəcəsinin 4,177 promil olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsin xx.xx.2022-ci il tarixli, 1/1320 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəsi haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:50-də tibbi müayinədən keçmiş və onun həmin vaxta olan alkoqol sərxoşluğunun dərəcəsinin 0,00 promil olması aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsin 16 may 2022-ci il tarixli, xx/xx-6984 saylı məktubundan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə mərkəzin 1 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış tibbbi müayinədən keçirilmiş və 1/1320 saylı protokol tərtib edilmişdir. Şəxs ayıq müəyyən edilmişdir. Məktubda həmçinin orqnizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarının orta hesabla 1 saata 0,1-0,2 pomil təmizləndiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 29 mart 2022-ci il tarixdə saat 09:15 radələrində «KİA RİO» minik markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərkətdə olarkən yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, saxlanıldıqdan sonra onun sərxoşluq vəziyyəti həmin vəziyyəti təyin edən xüsusi texniki vasitədən (alkotesterdən) istifadə edilməklə müəyyən edilmişdir. Alkotester vasitəsi ilə Şəxs orqanizmində alkoqolun miqdarının 4,177 promil olması müəyyən edilmiş və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Lakin daha sonra Şəxs 29 mart 2022-ci il tarixdə saat 10:50 radələrində özü Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə müraciət etmiş və onun barəsində sərxoşluq hallarını bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin nəticəsi kimi Şəxs sərxoşluq müəyyən edilməmişdir, yəni - alkoqol sərxoşluğu 0,00 promil olaraq göstərilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə sübutlar aşağıdakılardan ibarətdir: inzibati xəta haqqında protokol; sərxoşluq vəziyyətinin müəyyən etmək üçün texniki vasitədən istifadə etmək haqqında protokol; sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu; Məhkəmə sübutlara qiymət verərkən qeyd edir ki, İXP 45435280 saylı, xx.xx.2022ci il tarixli inzibati xəta haqqında protokol Şəxs barəsində AR İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmişdir. Həmin protokol Şəxs tərəfindən imza edilməmişdir. Bu hal Şəxs həmin protokolun tərtib edilməsi ilə bağlı, yəni nəqliyyat vasitəsini sərxoş vəziyyətdə olaraq idarə edilməsi ilə bağlı razı olmadığını göstərir. Bundan başqa İXP 45435280 saylı sərxoşluq vəziyyətinin müəyyən etmək üçün texniki vasitədən istifadə etmək haqqında protokolda qeyd edilmişdir ki, Şəxs sərxoş olubolmaması yoxlanılmış və Şəxs orqanizmində 4,177 promil miqdarında alkoqolun olması aşkar edilmişdir. Həmçinin sözügedən protokolda Şəxs spirtli içki olan çaxır qəbul etdiyini, həkimə ehtiyac olmadığını və bir daha bu kimi hallara yol verməyəcəyini qeyd etmişdir. Məhkəmə bu hala münasibətdə bildirir ki, inzibati xəta törədən şəxsin veridiyi izahat yalnız digər sübutlarla əhatə olunduqda mötəbər sübut kimi qəbul edilə bilər. Bu halı təsdiq digər sübut yalnız alkotesterin nəticəsidir. Alkotesterin nəticəsinə görə isə Şəxs 4,177 promil miqdarında spirtli içki qəbul etdiyi aşkar edilmişdir. Həmçinin qeyd edilməlidir ki, adıçəkilən protokol da Şəxs tərəfindən imza edilməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixli, 1/1320 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:50-də tibbi müayinədən keçmiş və onda alkoqol qəbulu əlamətlərinin olmadığı, yəni ayıq olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqına iş materillarına olan sübutlardan sərxoşluq vəziyyətinin müəyyən etmək üçün texniki vasitədən istifadə etmək haqqında protokol ilə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu arasında ziddiyyətlər mövcuddur. Məhkəmə sübutlara qiymət verərkən eyni zamanda qeyd edir ki, AR İXM-nin 96.2-ci maddəsinə əsasən “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olubolmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır.” Normadan belə görünür ki, qanunverici tibbi müayinənin nəticəsini şəxsi sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə əldə olunan nəticəsindən üstün tutur. Hazırki iş üzrə də Şəxs alkotesterin nəticəsi ilə razı olmadığından tibbi müayinədən keçmiş və onun sərxoş olmadığı müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxs tərəfindən verilmiş xx/xx-6984 saylı, xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə mərkəzin 1 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış tibbbi müayinədən keçirilmiş və 1/1320 saylı protokol tərtib edilmişdir. Şəxs ayıq müəyyən edilmişdir. Məktubda həmçinin orqnizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarının orta hesabla 1 saata 0,1-0,2 pomil təmizləndiyi qeyd edilmişdir. Göründüyü kimi xx.xx.2022-ci il tarixdə saat 09:43-də Şəxs sərxoşluq vəziyyəti həmin vəziyyəti təyin edən xüsusi texniki vasitədən (alkotesterdən) istifadə edilməklə müəyyən edilmiş və daha sonra onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Lakin Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:50-də öz təşəbbüsü ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində tibbi müayinədən keçmişdir. Göründüyü kimi protokol ilə tibbi müayinə arasında cəmi 1 saat 7 dəqiqə vaxt fərqi vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsin məktubunda qeyd edilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs aşkar edilmiş 4,177 promil sərxoşluq dərəcəsinin bu müddət ərzində şəxsin orqanizmindən təmizlənməsi qeyri mümkündür. Burdan da belə nəticəyə gəlinir ki, Şəxs protokol tərtib edilən zaman ayıq olmuşdur. Məhkəmə iş materiallarında olan süsbutlara məcmu halda qiymət verərək hesab edir ki, Şəxs sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi halı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhər Baş Polis İdarəsi X2i İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar