Məhkəmə qərarları › İş №3(003)-566/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-566/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-566/2023 28.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə, Şəxs xx.xx.1986-cı il tarixdə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs ov qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə sat 14:00-da “Şİ-2014” bort nömrəli “Mariner- 75” mühərrikli üzmə vasitəsilə X2 Regional şöbəsinin “Şimal” SNB-nin xidməti ərazisindən Xəzər rayonu ərazisindən Xəzər dənizinə daxil olaraq ümumi çəkisi 1 kq 400 qram olan 01 ədəd “Nərə” cinsli balığı ovlayaraq “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən, balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada icazə verilməsi tələblərinə zid olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun qaydaları”nın tələblərini pozmuşdur. xx.xx.2023-cü il tarixdə sat 14:00-da Şəxs və X1 heyət üzvləri olduqları Şİ-2014” bort nömrəli “Mariner-75” mühərrikli qayıq Xəzər dənizindən qayıdan zaman Azərbaycan Respublikasının DSX-nin əməkdaşları tərəfindən qayığa baxış keçirilərkən ümumi çəkisi 1 kq 400 qram olan 01 ədəd “Nərə” cinsli balıq aşkar edilərək götürülmüş və bu barədə həmin tarixdə 01 nömrəli akt tərtib edilmiş, fotoşəkillər çəkilərək həmin şəxslərin izahatları alınmış və toplanmış materiallar tədbir görülməsindən ötrü aidiyyəti üzrə göndərilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərar və toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Şəxs və Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 62.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında qərarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının DSX-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 01 saylı Aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə sat 14:00-da Şəxs və X1 heyət üzvləri olduqları “Şİ-2014” bort nömrəli “Mariner-75” mühərrikli qayıq Xəzər dənizindən qayıdan zaman Azərbaycan Respublikasının DSX-nin əməkdaşları tərəfindən qayığa baxış keçirilərkən ümumi çəkisi 1 kq 400 qram olan 01 ədəd tutulması qadağan olunmuş “Nərə” cinsli balıq aşkar edilərək götürülmüş və inzibati araşdırma bitənədək müvəqqəti Şimal SHB-də saxlanılması üçün götürülmüşdür. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Şəxs heyət üzvü olduğu “Şİ-2014” bort nömrəli “Mariner-75” mühərrikli qayığın hüquqmüəyyənedici sənədləri iş materiallarında olmadığından, həmin qayığın müsadirə edilib-edilməməsi məsələsi ilə bağlı hər hansı qərar çıxarmaq mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar