Məhkəmə qərarları › İş №3(003)-57/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-57/2022

24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-57/2022 24.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Bakı şəhər Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhər Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhər Xəzər rayon İcra şöbəsi 17 yanvar 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək protokolun baxılmadan geri qaytarmağı xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru Mübariz Abbasov protokolun baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolun baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə icra məmurunu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib icra şöbəsinin ərizəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində tətib edilmiş inzibati xəta haqqında protokol baxılmadan geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhər Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılsın. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar