Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-57/2024 31.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X9 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından X14 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X14 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin sahə inspektoru X6 xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, onun bir xəstə uşağı var və özü tənha anadır. Artıq 2 ildir ki, Məmmədov İlkin və əmisi Məmmədov Ədalət evlərini ələ keçirmək üçün hər oyuna əl atırlar. Belə ki, İlkinin yeni qeyri-rəsmi yaşadığı xanım X7 haqqında böhtan xarakterli şikayət etmiş və sahə inspektoru X11 ona bildiriş göndərmədən, izahatını almadan İXM məcəlləsinin 510-cu maddəsi ilə barəsində protokol tərtib etmişdir. Bu böyük ədalətsizlikdir, AR-nın qaydalarına ziddir. O qadını tanımır, üz-üzə gəlməmiş, iş yerini tanımır və umumiyyətlə ona onlar maraqlı deyil və heç vaxt o insanlar haqqında marağlanmır. Məqsədləri onları bezdirib evi əllərindən almaq, onu işdən çıxartdırmaqdır. Məhkəmə iclasında X14 şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, o, İnci Məmmədovanı sadəcə bir qonşu kimi, İlkin Məmmədovla yaxın münasibətlə olan şəxs kimi tanıyır. Onun iş yerini tanımır. xx.xx.2023-cü il tarixdə işdə olmuş, uşağı 185 nömrəli orta məktəbdə oxuyur, 13:00-da uşağını məktəbdən götürüb evə aparmış, nahar etdikdən sonra işi ilə əlaqədar 15:00-da Şimal Dres qəsəbəsində olmuşdur. xx.xx.2023cü il tarixdə saat 13:00-da uşağının təhsil aldığı məktəbin həyətində olmuş, yanında həmin məktəbdə təhsil alan başqa şagirdin anası olmuşdur.Yəni onun tərəfindən hər nansı bir inzibati xəta tödədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirdikdən sonra Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan: -X12sının Xəzər RPİ-nin 1-ci PŞ-nə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, ərizəsində xx.xx.2023-cü il tarixdə, saat təxminən 13:00 radələrində həmin vaxt tanımadığı iki qadının işlədiyi yerin qarşısına gələrək ünvanına nəlayiq ifadələr işlətdiyini bildirmiş və həmin şəxslərlə bağlı qanuni tədbirlər görülməsini xahiş etmişdir. -Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin polis kapitanı Arif Abbasov tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, X4 X14 iş yerinə gələrək nəlayiq söyüşlər söyərək təhqir etdiyinə görə X14 tərəfindən Azərbaycan Respublikası İnzibati Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin rəisi X10 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, MN ******* nömrəli protokol və inzibati xəta haqqında işin digər materialları əsasında X14 tərəfindən Azərbaycan Respublikası İnzibati Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. -Xəzər rayon prokuroru vəzifəsini icra edən ədliyyə müşaviri X13 RPİ-nin 1-ci Polis şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli yazılı göstərişinin surətindən görünür ki, Məmmədova (Hüseynova) İnci Elbrus qızının xx.xx.2023-cü il tarixdə tanımadığı şəxslər tərəfindən söyülüb təhqir edilməsi barədə müraciəti əsasında toplanmış material əlavə araşdırma aparılaraq qanuna müvafiq qərar qəbul edilməsi material aidiyyəti üzrə Xəzər RPİnin 1-ci Polis şöbəsinə göndərilmişdir. Həmçinin həmin göstərişdə qeyd olunmuşdur ki, material rayon prokurorluğunda öyrənilərkən müəyyən edilmişdir ki, Xəzər RPİ-nin 1-ci polis şöbəsinin sahə inspektoru, polis kapitanı Arif Abbasov tərəfindən tam, hərtərəfli araşdırma aparılmamış, Hüseynova (Məmmədova) İnci Elbrus qızını xx.xx.2023-cü il tarixdə söyüb təhqir edən şəxslərin şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlər görülməmiş, onu təhqir edən şəxslərin X17 və X2 olması dəqiqləşdirilməmiş, əsassız olaraq X14 barədə Azərbaycan Respublikası İnzibatİ Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, vətəndaş Məmmədova (Hüseynova) İnci Elbrus qızının xx.xx.2023-cü il tarixdə tanımadığı şəxslər tərəfindən söyülüb təhqir edilməsi barədə müraciəti ilə əlaqədar əlavə araşdırma aparılmalı, Məmmədova (Hüseynova) İnci Elbrus qızının, X9, X1 əlavə izahatları alınmalı, Nur Lalayevanın müraciətində qeyd etdiyi xüsusatlar üzrə araşdırma aparılmalı, İnci Məmmədovanı söyüb təhqir edən şəxslərin həqiqətən də X14 və X3 olması dəqiqləşdirilməli, bundan sonra material üzrə qanuna müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin müəyyən edilmiş hallarından görünür ki, X14 tərəfindən Azərbaycan Respublikası İnzibati Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinməsi barədə Xəzər RPİ-nin 1-ci Polis şöbəsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar, tam, hərtərəfli araşdırma aparılmamış material əsasında tərtib edilmiş protokol əsasında qəbul edilmişdir. Belə ki, iş materiallarından görünür ki, Hüseynova (Məmmədova) İnci Elbrus qızını xx.xx.2023-cü il tarixdə söyüb təhqir edən şəxslərin şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində işlər görülməmiş, onu təhqir edən şəxslərin X17 olması dəqiqləşdirilməmiş, sonuncunun ümumiyyətlə izahatı alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Xəzər RPİ-nin 1-ci Polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamışdır. Bu səbəbdən həmin qərar qərar ləğv edilməli və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Xəzər RPİ-nin 1-ci Polis şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət təmin olunsun. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə göndərilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-57/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-57/2024
31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver