Məhkəmə qərarları › İş №3(003)-57/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-57/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-57/2025 03.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X4 X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Bakı şəhəri Reklam İdarəsi tərəfindən X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol və toplanmış material ilə birlikdə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 izahatında bildirdi ki, hazırda barəsində tərtib edilmiş protokolda göstərilən obyektin ona heç bir aidiyyəti yoxdur. Onun obyekti 2 mərtəbəli binın birinci mərtəbəsində yerləşir. 2-ci mərtəbədə yerləşən “Al Studio” adlı obyekti başqa bir qadın işlədir. Onunla heç bir hüquqi bağlılığı yoxdur. Onun obyektinin adı “Ev İnşaat” adlanır. Həmin obyekti müvafiq olaraq vergi orqanında qeydiyyatda keçmişdir. Sadəcə Bakı şəhəri Reklam İdarəsinin əməkdaşları obyektindən qəbz alıb, onun adını rəsimləşdirmişdirlər. Məhkəmə iclasında X11 ifadəsində göstərdi ki, obyekt ona məxsusdur. Obyektin birinci mərtəbəsini xx.xx.2022-ci ildə X6 icarəyə vermişdir. 2-ci mərtəbəni isə Tünzalə adlı xanıma salon işlətmək üçün vermişdir. Həmin salonun Elvin Dənziyevə heç bir aidiyyəti yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1 izahatında göstərmişdir ki, ünvan 2 ünvanında xx.xx.2024-cü il tarixində saat 12:28-də “A Studio” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Nəticədə aktlaşdırılaraq, vətəndaşa yazılı göstəriş göndərilmişdir. Sonra isə vəzifəli şəxs X9 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməasinə dair xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə müraciət edilmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan -MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında xx.xx.2024-cü il tarixində saat 12:28-də “A Studio” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Nəticədə vəzifəli şəxs X9 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 və Uçotunun Təşkili Baş İdarəsinə məhkəmə tərəfindən verilmiş sorğuya xx.xx.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, ünvan 2ndə yerləşən “A studio” adlı təsərrüfat obyektində X2 (VÖEN: **********) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. -RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində “Abşeron” KT məhsulları istehsalı müəssisəsinə gedən dəmir yolunun sol tərəfi 0,05 ha torpaq sahəsi X8 adına xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində 854 nömrəli reyestr kitabının 80951 nömrəli vərəqində qeydiyyata alınmışdır. -xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, X11 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində “Abşeron” KT məhsulları istehsalı müəssisəsinə gedən dəmir yolunun sol tərəfi torpaq sahəsində yerləşən 100 kv.metr torpaq sahəsini hər ay 150 manat ödəmək şərti ilə 5 il müddətinə X6 icarəyə vermişdir. -Kommersiya Qurumlarının dövlət reyestri məlumatlarından isə görünür ki, “X16 Construction” MMC-nin qanuni təmsilçisi Esmira Məmmədlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 8.2 və 8.3-cü maddəsin əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə ilk öncə qeyd edir ki, X9 barəsində tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokolun məzmunu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin dispozisiyasında qeyd olunanlarla eynilik təşkil etməklə X3 əməlində həmin maddədə göstərilən inzibati xəta hansı formada təzahür etməsi göstərilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İşin araşdırılmış hallarından görünür ki, ünvan 2ndə yerləşən “A studio” adlı təsərrüfat obyektində X5 məxsusdur. İnzibati xəta haqqında protokolu tərtib edən orqan “A studio” adlı təsərrüfat obyekti ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 arasında hər hansı bir hüquqi bağlılığının olması halları iş üzrə müəyyən edilmir və bu hallarla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Protokola məhz X9 tərəfindən inzibati xətanın törədilməsinin sübut olunması ilə bağlı hər hansı bir sənəd əlavə edilməmiş və bu barədə hər hansı bir araşdırma aparılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar