Məhkəmə qərarları › İş №3(003)-570/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-570/2020

06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-570/2020 06.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxsbarəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən xx xxxxxx 2020-ci il tarixdə, saat 22:00 radələrində Şəxs idarə etdiyi “VAZ 2107” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan qəsəbəsi istiqamətindən Şüvəlan qəsəbəsi istiqamətinə iki istiqamətli 1 zolaqlı yolun soldan 1-ci zolağı ilə 60-70 km/s surətlə hərəkətdə olduğu zaman onunla eyni zolağda qarşıda hərəkət edən “VAZ 2107” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlıavtomobilin sol arxa qapısına çırpılmış, zərbənin gücündən sonuncu istiqamətini dəyişərək yenidən qəza törədən **-CO-*** dövlət qeydiyyat nişanlıavtomobilin sol ön qapısına çırpılaraq yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə “VAZ 2107" markalı, **-NA-*** dövlət qeydiyyat nişanlıavtomobilin sürücüsü X3 və sərnişini X1 dərəcəli bədən xəsarətləri almışlar. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdəAzərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsiilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 22:00 radələrində idarə etdiyi “VAZ 2107” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan qəsəbəsi istiqamətindən Şüvəlan qəsəbəsi istiqamətinə iki istiqamətli 1 zolaqlı yolun soldan 1-ci zolağı ilə 60-70 km/s surətlə hərəkətdə olduğu zaman onunla eyni zolağda qarşıda hərəkət edən “VAZ 2107” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlıavtomobilin sol arxa qapısına çırpılmış, zərbənin gücündən sonuncu istiqamətini dəyişərək yenidən qəza törədən **-CO-*** dövlət qeydiyyat nişanlıavtomobilin sol ön qapısına çırpılaraq yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə “VAZ 2107" markalı, **-NA- *** dövlət qeydiyyat nişanlıavtomobilin sürücüsü X3 və sərnişini X1 dərəcəli bədən xəsarətləri almışlar.Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, onlar məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və PatolojiAnatomiya Elmi-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli, 59 saylı rəyindəgörünür ki, Məmməd-zadə Xanbaba Zakir oğlunun məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – təpə nahiyyəsinin əzilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarət küt əşya onun 26 saylı X2 müraciətindən az əvvəl törənmişdir, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna olunmur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və PatolojiAnatomiya Elmi-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli, 75 saylı rəyindəgörünür ki, X4 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – alın nahiyəsinin sıyrığı, dizin, sağ baldırın qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan bazu oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı X5 müraciətindən az əvvəl qərarda göstərilən xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmişcinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan müəyyən olunur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 22:00 radələrində idarə etdiyi “VAZ 2107” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan qəsəbəsi istiqamətindən Şüvəlan qəsəbəsi istiqamətinə iki istiqamətli 1 zolaqlı yolun soldan 1-ci zolağı ilə 60-70 km/s surətlə hərəkətdə olduğu zaman onunla eyni zolağda qarşıda hərəkət edən “VAZ 2107” markalı, **-NA-*** dövlət qeydiyyat nişanlıavtomobilin sol arxa qapısına çırpılmış, zərbənin gücündən sonuncu istiqamətini dəyişərək yenidən qəza törədən **-CO-*** dövlət qeydiyyat nişanlıavtomobilin sol ön qapısına çırpılaraq yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə “VAZ 2107" markalı, **-NA- *** dövlət qeydiyyat nişanlıavtomobilin sürücüsü X3 və sərnişini X1 dərəcəli bədən xəsarətləri almışlar.Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsəməlində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxsbarəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Şəxs yolnəqliyyat hadisəsi törətmiş, Bakı şəhəri Xəzər RPİ TŞ-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı David Yusifov tərəfindən xx xxxxxx 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, inzibati xəta haqqında protokol isə xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, hazırda Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edildiyi gündən üç aydan artıq vaxt keçmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, hesab edirəm ki, Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3, 40, 43, 53.0.6, 114, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar