Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-570/2022 19.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə 10 iyul 2003-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X1, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 19 aprel 2022-ci il tarixli protokola əsasən Şəxs 18 aprel 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində polis əməkdaşına özünü təqdim etməyərək onun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 05-06 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yaşadığı evdən çıxaraq mağazaya gedərkən polis əməkdaşı ona yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini tələb etmişdir. O isə şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək polis əməkdaşına aqressiv cavab vermiş, polis əməkdaşı ona şöbəyə getməyi təklif etsə də o, bundan imtina etmişdir. Bundan sonra onu polis şöbəsinə aparmışlar. Əməlindən peşman olduğunu, heç yerdə işləmədiyini bildirərək barəsində aşağı həddə həbs cəzasının verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 06:00 radələrində Binə qəsəbəsində polis əməkdaşına özünü təqdim etməyərək aqressiv cavab vermiş, polis əməkdaşı ona şöbəyə getməyi təklif etsə də o, bundan imtina etmişdir. Bununla da o, polis əməkdaşının tələbinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, son zamanlar ərazidə baş vermiş oğurluq hadisələri ilə bağlı xx.xx.2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində bir nəfər özünü şübhəli apardığına görə ondan şəxsiyyətini təsdiq edən sənəd tələb olunmuşdur. Həmin şəxs sənəd təqdim etməkdən imtina edərək polisin qanuni tələbinə riayət etməmiş, dəfələrlə nizam-intizama dəvət olunmasına baxmayaraq tabesizlik göstərmişdir. Məhkəmə Şəxs əməli etiraf etməsini, peşman olmasını yüngülləşdirən hallar kimi hesab edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, heç bir yerdə işləməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzasının təyin olunması məqsədə müvafiq deyil, barəsində inzibati həbs tənbehi tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 06:00-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 18 aprel 2022-ci il tarixdən saat 06:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-570/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-570/2022
19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver