Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-570/2023 04.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, X1 və onun vəkili X4, Protokol tərtib edən şəxs Bakı şəhəri Xəzər rayon Polis şöbəsinin İTŞ-nin polis sahə inspektorlarının işinin təşkili üzrə baş inspektoru Qanuni nümayəndə iştirakları ilə, X5 Bakı şəhəri Xəzər RPİ-nin baş inspektoru Qanuni nümayəndə tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli Protokol, xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli Qərardan və xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli Protokol, xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli Qərar ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X8 şikayətlə məhkəməyə müraciət edərək onun barəsində Bakı şəhəri Xəzər RPİnin baş inspektoru Qanuni nümayəndə tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli və xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli Protokolların və həmin Protokolların əsasında Bakı şəhəri Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli və xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli Qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə X8 şikayəti müdafiə edərək göstərdi ki, 2022-ci ilin avqust ayının 15-də idarə etdiyi “HOVVO ZZ3257N3847A YÜK ÖZÜBOŞALDAN” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobillə X10 mişar daşlarının tozunu yükləyib çıxan zaman mülki geyimdə, heç bir sənəd təqdim etmədən “Samir” adlı şəxs onun idarə etdiyi nəqliyyat vasitəsini Qala yolunda saxlamış və daha sonra Xəzər RPİ-nin PPX-nin əməkdaşlarını dəvət etmişdir. Xəzər RPİ-nin PPX-nin əməkdaşları onun idarə etdiyi nəqliyyat vasitəsini Xəzər RPİ-nə gətirmiş və sənədlərini polis mayoru Qanuni nümayəndə təhvil vermişlər. Daha sonra polis mayoru Qanuni nümayəndə bildirmişdir ki, onun maşını Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X2 göstərişinə əsasən saxlanılmışdır. Beləliklə, maşın yüklü vəziyyətdə Polis İdarəsində 3 gün saxlanıldıqdan sonra maşını yükü ilə birlikdə sərbəst buraxmışlar. Daha sonra Xəzər rayon İcra Şöbəsindən aldığı məlumat əsasında müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixində və təkrar olaraq xx.xx.2022-ci il tarixində onun barəsində Protokol tərtib edilmiş və həmin Protokollar əsasında xx.xx.2022-ci il tarixində və təkrar olaraq xx.xx.2022-ci il tarixində inzibati tənbeh vermə haqqında Qərarlar qəbul edilmişdir. 2023-cü ilin fevral ayının 21-də Xəzər rayon İcra Şöbəsindən ona barəsində inzibati xəta haqqında protokollar tərtib edilmiş və qərarlar qəbul edilməsini bildirmişlər. Lakin bu günə qədər barəsində tərtib edilmiş Protokollar və Qərarlar ona rəsmi qaydada təqdim edilməmişdir. O, həmin qərarlarla tanış olmamış, protokollara imza etməmişdir. Hesab edir ki, barəsində tətbiq edilən Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsinin tələblərini pozmamışdır və əməlində inzibati xəta hadisəsi yoxdur. Belə ki, Daş karxanasında qazıntı işlərini karxananın sahibi aparmış, o isə sadəcə olaraq mişar daşlarının qırıntılarını müəyyən məbləğdə pul ödəməklə karxanadan almış və avtomobilinə yükləyib aparmışdır. O, yerin təkindən istifadə qaydalarını pozmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunaraq onun barəsində Bakı şəhəri Xəzər RPİ-nin baş inspektoru Qanuni nümayəndə tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli və xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli Protokolların və həmin Protokolların əsasında Bakı şəhəri Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli və xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli Qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında X1 vəkili X7 şikayəti müdafiə edərək məhkəmədən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Xəzər RPİ-nin İTŞ-nin polis sahə inspektorlarının işinin təşkili üzrə baş inspektoru Qanuni nümayəndə göstərdi ki, xx.xx.2022-ci il tarixdə xidmətdə olduğu vaxt Xəzər RPİ-nin PPX-nin əməkdaşları X5 idarə etdiyi nəqliyyat vasitəsini Qala yolunda saxlayaraq Xəzər RPİ-nə gətirmiş və sənədlərini ona təhvil vermişlər. Elnur Məmmədov daha sonra xx.xx.2022-ci il tarixdə də eyni inzibati hüquqpozmanı törətmiş və Türkan karyerinin içində saxlanılmışdır. Hər iki halda avtomaşına baxış keçirilmiş və müvafiq sənədləşmə aparılmışdır. Həmin vaxt tərəflərindən müəyyən edilmişdir ki, şikayətçi daşıma qaydalarını, yerin təkindən istifadə qaydalarını pozmuşdur. Bundan başqa, şikayətçinin yükün daşınmasına dair hər hansı müqaviləsi, qaiməsi, ödəniş qəbzi, daşımaya dair digər sənədləri olmamışdır. Qərarlar şikayətçiyə göndərilmişdir, lakin ola bilər ki, ondan geri qaytarılmışdır. Bütün bunların nəzərə alınaraq şikayətin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər RPİ-nin İctimai təhlükəsizlik şöbəsinin polis sahə inspektorlarının işinin təşkili üzrə baş inspektoru Qanuni nümayəndə tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 15 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X8 15 avqust 2022-ci il tarixdə yerin təkindən istifadə qaydalarını pozmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manatcərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər RPİ-nin İctimai təhlükəsizlik şöbəsinin polis sahə inspektorlarının işinin təşkili üzrə baş inspektoru Qanuni nümayəndə tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 xx.xx.2022-ci il tarixdə yerin təkindən istifadə qaydalarını pozmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manatcərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə müəyyən olundu ki, X8 yerin təkindənistifadə ilə əlaqədar işləri yerinə yetirməmiş və onun tərəfindən yerinə təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların tələbləri pozulmamışdır. Belə olan halda X5 barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli, 15 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol və həmin protokol əsasında onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tamamilə əsassızdır. X5 əməlində inzibati xəta tərkibi olmadığına görə həmin qərarlar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, X5 əməlində inzibati xəta tərkibi olmadığına görə Bakı şəhəri Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli və xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X8 xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli və xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarları rəsmi qaydada almadığından qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla,qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin olunsun. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə olunmasına dair Bakı şəhəri Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli və 1500 manat cərimə olunmasına dair xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar X5 əməlində inzibati xəta tərkibi olmadığına görə ləğv edilsin və inzibati xəta haqqında işə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-570/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-570/2023
04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver