Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-571/2023 02.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Qəhrəman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, X1 iştirakı ilə, Qərarından şikayət verilən orqanın – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X7 iştirakı ilə, X2 Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, şikayətinin təmin edilərək onun Azərbaycan Respublikası İXM-nin 289.0.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə olunmağına dair xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ona Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən cərimə ilə bağlı bildiriş gəlmiş, bunun əsasında sözü gedən orqana gəldikdə ona məlum olmuşdur ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı protokol tərtib olunmuş, həmin protokol əsasında xx.xx.2022-ci il tarixli qərar tərtib edilmişdir. Sözü gedən qərarın əldə olunmasından ötrü Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə ərizə göndərilmişdir. Daha sonra həmin qərar rəsmi qaydada 27 fevral 2023-cü il tarixdə ona verilmişdir. Qərarla tanış olduqdan sonra ona məlum olmuşdur ki, o, Azərbaycan Respublikası İXM-nin 289.0.1-ci maddəsinə əsasən (baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə) 600 manat cərimə edilmişdir. Qeyd edir ki, həmin gün onun barəsində kiminsə inzibati protokol tərtib etməsindən məlumatı olmamışdır. Protokolla tanış olarkən məlum olmuşdur ki, guya o, protokolu imzalamaqdan imtina etmişdir. Halbuki, belə bir hal baş verməmişdir. Əgər o, orada olsaydı, protokol tərtib edən şəxs sübutlarının əsaslı olmasından ötrü foto və ya video çəkilişdən istifadə edə bilərdi. Hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 289.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Ona görə də şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında X4 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Qərarından şikayət verilən orqanın - Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X8 göstərdi ki, xx.xx.2022ci il tarixdə nümayəndəsi olduğu qurumun əməkdaşları Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞnin sahə inspektoru Pərviz Aslanov ilə birlikdə baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi hallarının aşkar edilməsi və qarşısının alınması məqsədilə reyd keçirərkən ünvan 1 ünvanında yerləşən ət satışı mağazasında ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda qanunsuz heyvan kəsimi halları aşkar edilmişdir. Onun özü də həmin vaxt onlarla birlikdə reyddə iştirak etmişdir. Qanunvericiliyin tələbinə əsasən kəsim yerində heyvanlar baytarlıq arayışı ilə kəsilməli və satılmalıdır. Adı çəkilən yerdə qanunun bu tələbləri pozulduğuna görə aşkar edilmiş nöqsanlar barədə Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru Pərviz Aslanov tərəfindən xx.xx.2022-ci il tarixdə MN № ******* saylı protokol tərtib edilmiş, fiziki şəxs X4 da həmin vaxt orada olmuş, hər hansı bir arayış təqdim edə bilməmiş, lakin buna baxmayaraq, protokolu imzalamaqdan imtina etmişdir. Protokol onlara daxil olandan sonra 09 oktyabr 2022-ci il tarixdə fiziki şəxs X3 bildiriş göndərilərək ünvan 1 ünvanında iri və xırda buynuzlu heyvan ətinin baytarlıq ekspertizası aparılmadan kəsimi ilə məşğul olan X4 barəsində Azərbaycan Respublikası İXM-nin 289.0.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş protokolun aidiyyəti üzrə baxılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə göndərilməsi bildirilərək Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən həmin inzibati xətaya dair işə baxılmasında iştirak etmək üçün xx.xx.2022-ci il tarixdə saat 15:30-da Agentliyin inzibati binasına dəvət edilmiş, iş üzrə bütün sübutların təqdim edilməsi təklif edilmiş, üzrlü səbəblər olmadan gəlməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı izah edilmişdir. F.Mustafayev heç bir üzrlü səbəb olmadan işə baxılmasında iştirak etməkdən ötrü gəlmədiyinə görə işə onun iştirakı olmadan baxılmış və xx.xx.2022-ci il tarixli MN № ******* saylı qərar qəbul edilmiş və aidiyyəti üzrə tərəflərə göndərilmişdir. Hesab edir ki, sözügedən qərar qanuni və əsaslı, F.Mustafayevin şikayəti isə əsassızdır. Ona görə də şikayətin rədd edilməsi və adı çəkilən qərarın qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru Pərviz Aslanov göstərdi ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndələri ilə birlikdə xx.xx.2022-ci il tarixdə xidmət etdiyi ərazidə baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsi hallarının aşkar edilməsi və qarşısının alınması məqsədilə reyd keçirərkən ünvan 1 ünvanında yerləşən ət satışı mağazasında ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda qanunsuz heyvan kəsimi halları aşkar edilmişdir. Qanunvericiliyin tələbinə əsasən kəsim yerində heyvanlar baytarlıq arayışı ilə kəsilməli və satılmalıdır. Adı çəkilən yerdə qanunun bu tələbləri pozulduğuna görə aşkar edilmiş nöqsanlar barədə tərəfindən xx.xx.2022-ci il tarixdə MN № ******* saylı protokol tərtib edilmişdir. Fiziki şəxs X4 da həmin vaxt orada olmuş, hər hansı bir arayış təqdim edə bilməmiş, lakin buna baxmayaraq, protokolu imzalamaqdan imtina etmişdir. Bundan sonra həmin protokol müvafiq tədbir görülməsindən ötrü Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəliyinə göndərilmişdir. Şikayət ərizəsini araşdırıb, şikayətçinin, qərarından şikayət verilən orqanın nümayəndəsinin və şahidin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru Pərviz Aslanov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN № ******* saylı protokolun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 289.0.1-ci maddəsində (baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən 09 oktyabr 2022-ci il tarixdə fiziki şəxs X3 göndərilmiş bildirişin surətindən görünür ki, ünvan 1 ünvanında iri və xırda buynuzlu heyvan ətinin baytarlıq ekspertizası aparılmadan kəsimi ilə məşğul olan X4 barəsində Azərbaycan Respublikası İXM-nin 289.0.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş protokolun aidiyyəti üzrə baxılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə göndərilməsi bildirilərək Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən həmin inzibati xətaya dair işə baxılmasında iştirak etmək üçün xx.xx.2022-ci il tarixdə saat 15:30-da Agentliyin inzibati binasına dəvət edilmiş, iş üzrə bütün sübutların təqdim edilməsi təklif edilmiş, üzrlü səbəblər olmadan gəlməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı izah edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 289.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunur. Azərbaycan Respublikası İXM-nin 289.0.1-ci maddəsinə əsasən baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru Pərviz Aslanov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN № ******* saylı protokolun əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar inzibati qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilmiş və həmin qərarın ləğvi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X2 həmin protokol və qərardan verdiyi şikayəti əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru Pərviz Aslanov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN № ******* saylı protokolun əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-571/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-571/2023
02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver