Məhkəmə qərarları › İş №3(003)-572/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-572/2022

28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-572/2022 28.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Xəzər rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 21 aprel 2022-ci il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Xəzər rayon İcra Şöbəsinin icra məmuru Mübariz Abbasov izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01.09.2021-ci il tarixli, 2(003)-313/2021 saylı vərəqəsinə əsasən, Şəxs 30000 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra vərəqəsi icra şöbəsinin icraatına daxil olduqdan sonra borcluya icra sənədi üzrə borcunu könüllü ödəməsi müvafiq qərar və bildiriş təqdim edilmişdir. Lakin borclu Şəxs adıçəkilən icra sənədinin icrasından yayınır və icra sənədinin icrasını dolayısı şəkildə icra etmir. Hazırda icra sənədi üzrə borc 30000 manat təşkil edir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd edilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək icra sənədi üzrə borcunun olduğunu etiraf etmiş və ona müəyyən qədər vaxt veriləcəyi təqdirdə borcunu ödəyəcəyini qeyd edərək inzibati xəta haqqında protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil borcun ödənilməsi və tərəflər arasında razılıq əldə edilməsi üçün müəyyən qədər vaxta ehtiyac olduğunu qeyd edərək, hazırki protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01.09.2021-ci il tarixli, 2(003)-313/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs 30000 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş 04.11.2021-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01.09.2021-ci il tarixli, 2(003)-313/2021 saylı icra sənədi üzrə tələbin 10 gün müddəitinə könüllü icra etməsi təklif edilmişdir. Həmin qərar və bildiriş Şəxs tərəfindən 11.01.2022-ci il tarixdə rəsmi olaraq qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 13.02.2022-ci il tarixli aktın surətindən görünür ki, borclu, icra məmurları və hal şahidlərinin iştirakları ilə borclu Şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş və həmin ünvanda tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş borclunun axtarışı haqqında 18.03.2022ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materialında olan elektron portaldan çıxarışdan görünür ki, Şəxs hazırda T.İsmayılov adına X2 Tədqiqi İnsitutunda baş elmi işçi vəzifəsində işləyir və onun aylıq vəzifə maaşı 604 manat təşkil edir. İş materialında olan elektron portaldan çıxarışdan görünür ki, Şəxs mülkiyyətində bağ evi mövcüddur və həmin bağ evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Şəxs 21.04.2022-ci il tarixli Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə verdiyi izahatın surətindən məlum olur ki, ona Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01.09.2021-ci il tarixli, 2(003)- 313/2021 saylı icra sənədi icra olunmadığı təqdirdə barəsində qanuna müvafiq qaydada məcburi icra tədbirlərinin görüləcəyi və Azərbaycan Respublikası İXM-nin 528.1-ci və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunavcağı barədə xəbərdar olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs icra sənədi üzrə müəyyən olunmuş tələbi qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli Xəzər rayon İcra Şöbəsinin icra məmuru Y.Qafarov tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Belə ki, məhkəmə şəxsin əməlini səmimi olaraq etiraf etməsini, icra sənədi üzrə borcunu ödəmək niyyətində olmasını, həmçinin onun 54 yaşının olmasını və elmi işçi kimi fəaliyyət göstərməsini nəzərə alaraq belə qənaətə gəlir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxx 1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar