Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-572/2023 17.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 07 mart 2023-cü il tarixli MN № ******* saylı protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-940/2021 saylı 29 mart 2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 12717,84 manat məbləğində əsas borc, 637,15 manat məbləğində faiz borcu, 29,54 manat cərimə olmaqla, ümumilikdə 13384,53 manat pul vəsaiti və 30,0 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan Ağdam Rayon Məhkəməsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-940/2021 saylı 29 mart 2021-ci il tarixli icra sənədini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X4 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, borclu əvvəllər "xxxx" ASC-də işlədiyi üçün icra sənədi onun əmək haqqına yönəldilmiş, lakin borclu 14 yanvar 2022-ci il tarixdə işdən çıxdığına görə ödənişlər həyata keçirilmir. Bundan başqa, Xəzər rayon İcra şöbəsində borcludan yetkinlik yaşına çatmamış iki uşağa görə aliment tutulması barədə icra işi də vardır. Borclu Xəzər rayon İcra şöbəsinə gəlməkdən yayındığına görə onun barəsində axtarış elan edilmişdir. 07 mart 2023-cü il tarixdə borclu saxlanılaraq İcra şöbəsinə gətirilmiş və izahatı alınmışdır. İzahatında borclu hazırda işləmədiyinə görə heç bir ödəniş edə bilmədiyini, iş tapanda ödəniş edəcəyini bildirmiş, 16 mart 2023-cü il tarixdə isə cəmi 100 (yüz) manat ödəyərək qəbzini icra şöbəsinə təqdim etmişdir. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər tam icra etməmişdir. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, əvvəllər "xxxx" ASC-də işlədiyi üçün icra sənədi onun əmək haqqına yönəldilmiş, lakin 14 yanvar 2022-ci il tarixdə işdən çıxdığına görə hazırda borcunu ödəyə bilmir. Bundan başqa, Xəzər rayon İcra şöbəsində ondan yetkinlik yaşına çatmamış iki uşağa görə aliment tutulması barədə icra işi də vardır. Çağırəşlara həmişə vaxtlı-vaxtında gəlmişdir və onun barəsində niyə axtarış elan edilməsinin səbəbini bilmir. Borcu ödəməyin onun vəzifəsi olduğunu bilir və bundan yayınmır, lakin hazırkı maddi və əmlak vəziyyəti çox pis vəziyyətdə olduğuna görə müvəqqəti olaraq ödənişlər edə bilmir. 16 mart 2023-cü il tarixdə 100 (yüz) manat ödəyərək qəbzini icra şöbəsinə təqdim etmişdir. İş tapan kimi qalan borcunun da hissə-hissə olmaqla ödənilməsini təmin edəcəkdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan 16 mart 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs həmin gün "xxxx" ASC-nə 100 (yüz) manat ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs müvəqqəti maliyyə çətinlikləri ilə əlaqədar ödənişlər edə bilmir. 16 mart 2023-cü il tarixdə 100 (yüz) manat ödəyərək qəbzini icra şöbəsinə təqdim etmişdir. Qalan borcunun da hissə-hissə olmaqla ödənilməsini təmin edəcəyi barədə öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-572/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-572/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver