Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-573/2022 28.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 17.03.2022-ci il tarixli, 00800/0047 saylı qərarının ləğv edilməsinə dair X5 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 17.03.2022-ci il tarixli, 00800/0047 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən şikayətçi barəsində əsassız olaraq 17 mart 2022-ci il tarixli 00800/0047 saylı qərar qəbul edilmişdir. Həmin qərar əsasında ona əsassız olaraq 2040 manat məbləğində yüksək cərimə hesablanmışdır. Belə ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırmada şikayətçinin hava limanının qarşısında digər 2 şəxslərdən ümumilikdə 2 ədəd “İphone 13” markalı telefonu götürdüyü qeyd edilmişdir. Şikayətçi qeyd edir ki, həmin telefonların hər ikisi ona məxsus olmamışdır. Lakin bunu araşdırmadan barəsində əsassız olaraq qanunsuz qərar qəbul edilmişdir. Həmin əsassız olaraq qəbul edilmiş qərarın ləğv edilməsi və pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 17.03.2022-ci il tarixli, 00800/0047 saylı qərarının ləğv edilməsini və həmin qərar əsasında barəsində 60 faiz məbləğində təyin edilmiş cərimə cəzasının 40 faiz həddində müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində inzibati tənbeh vermə qərarı qəbul edilərkən ilk dəfə inzibati xəta törətməsi kimi yüngülləşdirici halın nəzərə alınmadığını qeyd edərək, yüngülləşdirici hallar nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan xəbərdar olunmasına baxmayaraq, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, X2 Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 17.03.2022-ci il tarixli, 00800/0047 saylı qərarı ləğv edilməli və X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair yeni qərar qəbul edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 17.03.2022-ci il tarixli, 00800/0047 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2040 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 17.03.2022-ci il tarixli, 00800/0047 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsi ilə təqsirli bilinərək 2040 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarın verilməsinə əsas olmuş inzibati xəta haqqında protkolda qeyd edilmişdir ki, X5 31 yanvar 2022-ci il tarixində Terminal-1 X3rşısında Moskva-Bakı aviareysi ilə gələn 2 nəfər sərnişinə yaxınlaşaraq onlardan 2 ədəd “İphone 13” markalı mobil telefonları götürmüşdür. Qeyd olunan mobil telefonlarla bağlı məhkəmə- əmtəəşünaslıq espertizası təyin olunmuş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09.03.2022-ci il tarixli, 9/888 saylı rəyinə əsasən, tədqiqata təqdim edilmiş həmin mobil telefonların orta bazar qiyməti 3400 manat müəyyən edilmişdir. Şikayətçi məhkəmə iclasında tərətdiyi inzibati xətanı etiraf edərək qeyd etmişdir ki, onun həmin inzibati xətanı törətmək niyyəti olmamışıdır, sadəcə anlaşılmamazlıq nəticəsində tərəfindən həmin inzibati xəta törədilmişdir. Şikayətçi həmçinin qeyd etmişdir ki, inzibati orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun ilk dəfə inzibati xəta törətməsi kimi yüngülləşdirici hallar nəzərə alınmamış və o, inzibati xətanın obyekti olan malların dəyərinin altmış faizi miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsinə əsasən malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır və onun barəsində haqlı olaraq inzibati orqan tərəfindən həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Lakin məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən qərar qəbul edilərkən inzibati xəta törətmiş şəxsin öz izahatında qeyd etdiyi məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, ilk dəfə inzibati xəta törətməsi məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən “İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər”. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X2 Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 17.03.2022-ci il tarixli, 00800/0047 saylı qərarı ləğv edilməli və X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair yeni qərar qəbul edilərək, o, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin- 3400 manat məbləğin qırx faizi (1360 manat) məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 504-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 17.03.2022-ci il tarixli, 00800/0047 saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 10 noyabr 1989-cu il tarixdə Naxçıvan MR, Ordubad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Naxçıvan MR, Ordubad rayonu, Vənənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1360 (bir min üç yüz altmış) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-573/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-573/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver