Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-574/2021 17.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayətçi Şəxs iştirakı ilə, Şəxs barəsində 16.01.2019-cu il tarixli, EQ 546432 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək 16.01.2019-cu il tarixli, EQ 546432 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, etibarnamə ilə idarə etdiyi “Kia Cadenza” minik markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili 09.08.2015-ci il tarixdən etibarnamə əsasında ƏN-İİİ № 522139 7 saylı notariat kontorunda verilmişdir. Lakin 14.10.2019-ci ildə 7 saylı notariat kontorunda ləğv edilmişdir. 2-ci dəfə 02.03.2021-ci ildə ƏN-İİİ № 533097 saylı etibarnamə əsasında sürməyə etibar edilmişdir. Etibarnamə veriləndən sonra onun mobil telefonuna X2 tərəfindən mesajlar gəlmiş və məlum olunmuşdur ki, 16.01.2019-cu ildə EQ 546432 saylı inzibati xətanın 469.3-cü maddəsinə əsasən protokol və qərar ilə avtomobil həbs qoyulmuş və cərimə məbləği ilə birlikdə böyük məbləğ yaranmışdır. İnzibati xətanın törədilməsindən xəbəri olmamışdır. 10 gündür ki, telefonuna mesaj gələndən sonra Xəzər rayon X1 yaxınlaşmış iradını bildirdmiş və ona xətanın protokolları və qərarın surəti təqdim olunmuşdur. İş materiallarını araşdırıb hesab edirəm ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması qərardad qəbul edilir. Belə ki, Şəxs şikayətində barəsində tərtib edilmiş 16.01.2019-cu il tarixli, EQ 546432 saylı inzibati tənbeh vermə haqqında qərarından 10 gündür ki, telefonuna mesaj gəldikdən sonra məlumatı olduğunu qeyd etsə də, şikayətinə qeyd edilən qərarın onun tərəfindən hansı tarixdə rəsmi qaydada alınması barədə heç bir sənəd əlavə etməmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayətin rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində verilmədiyini, buraxılmış müddətin bərpa edilmədiyini, bununla da, təqdim edilmiş materialların natamam olduğunu, işə baxılarkən tamamlamaq mümkün olmadığını nəzərə alaraq hesab edirəm ki, şikayət onu tərtib etmiş şəxsə geri qaytarılmalıdır. Həmçinin, şikayət vermiş şəxsə müddəti üzrlü səbəbdən buraxdığı halda müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109 və 130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində 16.01.2019-cu il tarixli, EQ 546432 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi baxılmadan geri qaytarılsın. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-574/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-574/2021
17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver