Məhkəmə qərarları › İş №3(003)-574/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-574/2022

13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-574/2022 13.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin MN seriyalı ******* nömrəli 13 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin MN seriyalı ******* nömrəli 13 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayəti müdafiə edərək göstərdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin MN seriyalı ******* nömrəli 13 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən barəisndə X1 251.2-ci maddəsi ilə barəisndə 500 manat məbləğində cərimə tətbiq edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, qərarda göstərilmişdir ki, guya o, Yasamal rayonu, H.Cavid prospekti ev 55 ünvanında yaşayış məntəqələri təyinatlı torpaqlarda fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin bir hissəsində torpağın kateqoriyasını dəyişdirərək qeyri-yaşayış binası inşa etmişdir. Halbuki həmin tikilini o, 2017-ci ildə almış və həmin dövrdə artıq qeyd olunan sahə qeyri-yaşayış sahəsi kimi istifadə olunmuşdur. O, heç bir torpaq sahəsinin və ya tikilinin kateqoriyasını dəyişməmiş, vergi ödəyicisi olaraq qeyri-yaşayış sahəsi üzrə bütün kommunal ödənişləri ödəmişdir. O, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin MN seriyalı ******* nömrəli 13 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsi üçün 05 yanvar 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, M- 43/1 nömrəli cavab məktubunda göstərilmişdir ki, qeyd olunan qərar barədə şikayət fiziki şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. O, həmin məktubu 18 mart 2022-ci il tarixdə əldə etsə də, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin MN seriyalı ******* nömrəli 13 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını və digər sənədləri 28 mart 2022-ci il tarixdə əldə etmiş və məhkəməyə şikayət vermişdir. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X3 nümayəndəsi, vəkil X7 şikayətçinin izahatına uyğun izahat verərərək məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 şikayəti qəbul etməyərək göstərdi ki, X5 tərəfindən ünvan 1 ünvanında yaşayış məntəqələri təyinatlı torpaqlarda fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin bir hissəsində torpağın kateqoriyası dəyişdirilərək qeyri-yaşayış binası inşa edildiyindən onun barəsində MN seriyalı ******* nömrəli 29 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X4 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 13 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikası X1 251.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Qərarın qanuni, şikayətin isə əsassız olduğunu bildirərək məhkəmədən şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, 10 may 2017-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yaşayış məntəqələrinin torpaqlarında dövlət mülkiyyətdə olan 0,04083 ha torpaq sahəsində yerləşən 320.4 kv.metrdən ibarət fərdi yaşayış evinin 1/5 hissədən 1 otaq (yaşayış sahəsi 42,3 kv.m, köməkçi sahə 2,4 kv.m) ibarət hissəsi X3 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş müqavilədən görünür ki, "xxxx" ASC ilə X5 arasında ünvan 2 ünvanında yerləşən mağaza ilə bağlı su və çirkab su xidməti ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin məsləhətçi-müfəttişi X6 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli 29 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X5 tərəfindən ünvan 1 ünvanında yaşayış məntəqələri təyinatlı torpaqlarda fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin bir hissəsində torpağın kateqoriyası dəyişdirilərək qeyri-yaşayış binası inşa edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X4 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 13 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, ünvan 1 ünvanında yaşayış məntəqələri təyinatlı torpaqlarda fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin bir hissəsində torpağın kateqoriyası dəyişdirilərək qeyri-yaşayış binası inşa edilmişdir. Buna görə də, X5 Azərbaycan Respublikası X1 251.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. X5 bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin MN seriyalı ******* nömrəli 13 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsi üçün 05 yanvar 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, M-43/1 nömrəli cavab məktubunda göstərilmişdir ki, qeyd olunan qərar barədə şikayət fiziki şəxsin yaşayış yeri üzrə məhkəməyə verilir. O, həmin məktubu 18 mart 2022-ci il tarixdə əldə etsə də, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin MN seriyalı ******* nömrəli 13 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını və digər sənədləri 28 mart 2022-ci il tarixdə əldə etmiş və məhkəməyə şikayət vermişdir. Bu səbəbdən MN seriyalı ******* nömrəli 13 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan vaxtında şikayət verə bilməmişdir. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilmə müddətinin buraxılması səbəbinin üzürlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin MN seriyalı ******* nömrəli 13 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddəti üzrlü səbəbdən buraxıldığından bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 251.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə riayət edilmədən torpaqların kateqoriyalarının dəyişdirilməsinə görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manadan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə müəyyən olundu ki, ünvan 2 ünvanında yaşayış məntəqələrinin torpaqlarında dövlət mülkiyyətdə olan 0,04083 ha torpaq sahəsində yerləşən 320.4 kv.metrdən ibarət fərdi yaşayış evinin 1/5 hissədən 1 otaq (yaşayış sahəsi 42,3 kv.m, köməkçi sahə 2,4 kv.m) ibarət hissəsi X3 xüsusi mülkiyyətindədir. X5 həmin tikilini 2017-ci ildə alaraq qeyri-yaşayış sahəsi kimi istifadə etdiyini və bununla bağlı kommunal ödənişləri ödədiyini, heç bir torpaq sahəsinin və ya tikilinin kateqoriyasını dəyişmədiyini bildirsə də, özünün də, bildirdiyi kimi yaşayış məntəqələri təyinatlı torpaqlarda fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq bir hissəsində torpağın kateqoriyasının dəyişdirilərək qeyriyaşayış binası inşa edildiyini 2017-ci ildən bilsə də, torpaqdan kateqoriyası dəyişdirilmiş formada istifadə etməyə davam etmiş, torpağın kateqoriyasını təyinatına uyğun dəyişdirməmişdir. Buna görə də, barəsində Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin məsləhətçi-müfəttişi X6 tərəfindən MN seriyalı ******* nömrəli 29 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X4 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli 13 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikası X1 251.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsaslıdır, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və məhkəmə zamanı təqdim olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin MN seriyalı ******* nömrəli 13 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddəti üzrlü səbəbdən buraxıldığından bərpa edilsin. X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin MN seriyalı ******* nömrəli 13 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar