Məhkəmə qərarları › İş №3(003)-574/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-574/2025

15.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-574/2025 15.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Zaur Babayevun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokola əsasən Şəxs narkotik vasitələrin istifadəsində şübhəli bilinən kimi polis şöbəsinə gətirilmiş və sidik analizlərində THC+ aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib edən Xəzər RPİ-nin 3- cü PŞ-nin sahə inspektoru Zaur Babayev göstərdi ki, ərazidə oğurluq cinayətlərində şübhəli bilinən Şəxs 13 mart 2025-ci il tarixdə saat 14:00 radələrində tanışı Vitaliy adlı şəxsin evində saxlanılmış və bölməyə aparılmışdır. O, ekspertizaya aparılmış və onda narkotik maddə THC+ aşkar edilmişdir. Bununla bağlı barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, 1 həftə əvvəl Binə qəsəbəsi ərazisində o, narkotik olan maddəmarixuana tapmışdır. 1 gün sonra o narkotik maddəni dadına baxmaq üçün qəbul etmişdir. xx.xx.2025-ci ildə günorta vaxtlarında Vitaliy adlı tanışının evində polis əməkdaşları onu saxlamış və bölməyə aparmışdırlar. Onun üzərində ekspertiza keçirilmiş və sidiyində narkotik maddə aşkar edilmişdir. Əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs bir neçə gün əvvəl narkotik maddə qəbul etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs narkotik vasitələrin dövriyəsində şübhələnir. Onun barəsində tədbir görülməsi xahiş edilmişdir. Təhqiqat araşdırılması zamanı Şəxs müayinədən keçirilmiş, müayinə zamanı onun sidiyindən THC+ aşkar edilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və barəsində AR İXM-nin 206-cı maddəsi ilə inzibati tədbirlər görülməsi üçün qərarın surəti aidiyyəti əməkdaşa verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş AR Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi X1 Tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 1572 nömrəli rəydən görünür ki, Şəxs sidiyindən THC+ aşkar olundu. Şəxs kannabinoidlərdən istifadə etmə halı olub. Lakin hal-hazırda Şəxs narkomaniya xəstəliyi əlamətləri aşkar olunmur. Halhazırda o, narkomaniyadan əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Şəxs əməli etiraf etməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:00-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 33.1.1, 34.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinsin və 20 (iyirmi) gün müddətində inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 13 mart 2025-ci il tarixdən saat 14:00-dan hesab edilsin. Ərazi narkoloji tibbi müəssisəsində profilaktik qeydiyyata alınsın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar