Məhkəmə qərarları › İş №3(003)-576/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-576/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-576/2023 28.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə, X1 xx.xx.1982-ci il tarixdə Lənkəran rayonunun Sutəmurdov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonunun Sutəmurdov kəndində qeydiyyatda olmaqla yaşayan X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 və 332.4-cü maddələri ilə Bakı şəhər Baş Polis İdarəsi DYPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: X2 xx.xx.2023-cü il tarixdə BXəzər rayonu ərazisində, Mərdəkan körpüsü – “Koroğlu” metrosu istiqamətində avtomobil yolunun 31-ci kilometrliyində sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi “Mitsubişi Airtrek minik” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, hadisə zamanı dövlət vəsaiti hesabına inşa edilmiş, həmin yolun kənarındakı yol nişanı və istiqamətverici yol nişanları yararsız hala düşərək yol təsərrüfatına 892 (səkkiz yüz doxsan iki) manat 65 (altmış beş) qəpik ziyan dəymişdir. Bununla əlaqədar aparılmış təhqiqatın nəcələrinə əsasən Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən xx.xx.2023-cü il tarixdə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. İş materiallarını araşdırıb hesab edirəm ki, protokol natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Müəyyən olundu ki, Bakı şəhər BPİ-nin DYPŞ tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələri ilə tərtib edilmiş İXP ******* saylı protokol xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, lakin protokol və ona əlavə olunmuş sənədlər natamam olaraq məhkəməyə təqdim olunmuş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə təqdim edilməmişdir. Bu isə həmin inzibati xəta haqqında materiala baxılmasını qeyri-mümkün edir.. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqdan, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığı Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutulmuşdur. Beləliklə, protokol natamam olduğundan, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə Bakı şəhər Baş Polis İdarəsi DYP-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli ******* saylı protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılsın. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar