Məhkəmə qərarları › İş №3(003)-581/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-581/2020

19.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-581/2020 19.06.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs x3, protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər RPİ 2-ci PŞ-nin sahə inspektoru, polis mayoru x1 iştirakları ilə xx xxxxxx 1965-ci ldə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İİ dərəcəli əlil, ünvan 1 mənzil 55 ünvanında ünvanında qeydiyyatda olan, ünvan 2 ev 25 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonrə mətndə Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 27 may 2020-ci il tarixdə mübahisə zəminində x4 döymüşdür. Şəxs barəsində Bakı şəhəri Xəzər RPİ 2-ci PŞ-nin sahə inspektoru, polis mayoru x2 tərəfindən 19 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında ******* №-li protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs – Bakı şəhəri Xəzər RPİ 2-ci PŞ-nin sahə inspektoru, polis mayoru x2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, 27 may 2020-ci il tarixdə Şəxs mübahisə zəminində x3 bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirərək onu döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 27 may 2020-ci il tarixdə olan ünvan 2 ev 25 ünvanında fərdi evində olarkən küçədə yüksək səslə musiqi səsini eşidərək küçəyə çıxmış və musiqinin onun evinin yanında dayanan maşından gəldiyini görmüşdür. Bundan əsəbiləşərək o, küçədə nalayiq ifadələr işlədib səs-küy salmışdır. Həmin vaxt qonşuluqda yerləşən balıq sexində işləyən x5 onun səsini eşidərək küçəyə çıxmış, maşının ona məxsus olduğunu bildirmiş və o, Zəfərə niyə maşının onun evinin yanında saxlayaraq yüksək səslə musiqi qoyduğunu soruşarkən aralarında mübahisə yaranmış və o, Zəfəri döymüşdür. Hazırda o, Şirinov Zəfər ilə barışmışdır, Zəfərin ona qarşı şikayəti və tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs x5 bildirdi ki, o, kondisioner ustasıdır. 27 may 2020-ci il tarixdə Xəzər rayonu Albalılıq massivi Ə.Şərqi küçəsində yerləşən balıq sexinə kondisionerlərin təmiri ilə əlaqədar gəlmişdir. Balıq sexində olarkən küçədə bir şəxsin onun maşınının yanında dayanıb yüksək səslə nalayiq ifadələr işlədib səs-küy saldığını görmüşdür. O, həmin şəxsə - sonradan adını bildiyi Şəxs maşının ona məxsus olduğunu bildirdikdən sonra həmin şəxs onun ünvanına nalayiq ifadələr işlədərək niyə maşını onun evinin yanında saxlamasını irad bildirmişdir. Nəticədə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı onun bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdür. Hazırda o, İlqar ilə barışmışdır, ona qarşı şikayəti yoxdur. Barışmalarının nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Məhkəmə Tibbi Ekzpertizasının 02 iyun 2020-ci il tarixli,545 nömrəli rəyinə əsasən x3 bədənində aşkar olunmuş xəsarətlər – sağ əlin sıyrığı küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 6-4 gün əvvəl olmaqla, qərarda göstərilən 27 may 2020-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının CM-nin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək inzibati xətanı törətmiş şəxslə barışdığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İnzibati xətanı törətmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1965-ci ldə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İİ dərəcəli əlil, ünvan 3 mənzil 55 ünvanında ünvanında qeydiyyatda olan ünvan 2 ev 25 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və zərər çəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar