Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-583/2020 22.06.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, Protokolu tərtib etmiş Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru x1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2011-ci il tarixli, 2(011)-1878/2011 nömrəli icra vərəqəsinə əsasən Şəxs 26.10.2004-cü il təvəllüldü x2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 02.05.2011-ci il tardən hesablanmaqla hər ay 80 manat sabit pul məbləğində aliment x3 xeyrinə tutulmuşdur. Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(011)- 2490/2018 nömrəli icra vərəqəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2011-ci il tarixli, 2(011)-1878/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh Şəxs iddiaçı x4 xeyrinə 26.10.2004-cü il təvəllüldü x2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat manat sabit pul məbləğində aliment tutulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2011-ci il tarixli, 2(011)-1878/2011 nömrəli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(011)- 2490/2018 nömrəli icra sənədinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Abbasov Mübariz protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, icra sənədi icraata qəbul edildikdən sonra qanunla müəyyən edilmiş müddət ərzində könüllü olaraq icra sənədində göstərilmiş məbləğin ödənilməsi barədə müvafiq qaydada Şəxs icra sənədində göstərilən ünvanına qərar və bildiriş göndərilmiş, lakin borclu Şəxs qanunla nəzərdə tutulmuş müddət ərzində tələbi könüllü təmin etməmişdir. Borcun ödənilməsi ilə bağlı Şəxs izahat alınmış, izahatında borcunu ödəməyə imkanı olmadığını bildirmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs məxsus cari hesablardakı pul vəsaitləri, daşınar və daşınmaz əmlakları, hüquqi ünvanı, bank rekvizitləri, eləcə də cari və hesablaşma hesabları, vergi ödəyicisi kimi fəaliyyət göstərib göstərmədiyi barədə müxtəlif instansiyalara sorğular olunmuşdur. Şəxs məhkəmə qərarının icrasından yayınır. İcra sənədinin icrasından üzrsüz səbəblərdən yayındığına görə borclu Şəxs barəsində 10 mart 2020-ci il tarixdə axtarış elan edilmiş və məcburi gətirilməsi ilə bağlı məhkəməyə təqdimat verilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli, 8(003)- 186/2018 nömrəli qərardadı ilə barəsində məcburi gətirilməsi qərara alınmışdır. Tərəfindən 22 iyun 2020-ci ildə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hazırda borclunun 3550 manat aliment borcu vardır. Ona görə də məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbiri barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, aliment borcu olduğunu etiraf edir, lakin maddi imkanı olmadığından aliment borcunu tam olaraq ödəyə bilməmişdir. İş materiallarında olan icra sənədinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2011-ci il tarixli, 2(011)-1878/2011 nömrəli icra vərəqəsinə əsasən Şəxs 26.10.2004-cü il təvəllüldü x2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 02.05.2011-ci il tardən hesablanmaqla hər ay 80 manat sabit pul məbləğində aliment x3 xeyrinə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(011)-2490/2018 nömrəli icra vərəqəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2011-ci il tarixli, 2(011)-1878/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh Şəxs iddiaçı x4 xeyrinə 26.10.2004-cü il təvəllüldü x2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat manat sabit pul məbləğində aliment tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin 10 mart 2020-ci il tarixli qərarından görünür ki, Şəxs məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli, 8(003)-186/2018 nömrəli qərardadı ilə Şəxs məcburi gətirilməsi qərara alınmışdır İş materiallarında olan 01.09.2011-ci il tarixli və 07.09.2018-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2011-ci il tarixli, 2(011)-1878/2011 nömrəli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(011)- 2490/2018 nömrəli icra vərəqəsi üzrə olan borcun 10 gün müddətində ödənilməsi üçün qərar və bildiriş borclu Şəxs icra sənədində göstərilən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ sahəsinə göndərilmişdir. İş materiallarında olan sorğulardan görünür ki, borclu Şəxs məxsus cari hesablardakı pul vəsaitlərinin, daşınar və daşınmaz əmlakların, hüquqi ünvanının, bank rekvizitlərinin, eləcə də cari və hesablaşma hesablarının, vergi ödəyicisi kimi fəaliyyət göstəribgöstərmədiyi, bələdiyyə ərazisində torpaq sahəsinin olub-olmaması barədə aidiyyəti qurumlara sorğular olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya şöbəsinin icra sənədi ilə bağlı xəbərdarlıq məktubundan görünür ki, həmin məktub Şəxs 18.11.2019-cu il tarixdə rəsmi olaraq təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona götə də Şəxs AzərbaycanRespublikasınınİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Şəxs əməlində iş üzrə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2011-ci il tarixli, 2(011)-1878/2011 nömrəli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(011)- 2490/2018 nömrəli icra vərəqəsi ilə Şəxs tutulmalı olan pulun borclu tərəfindən ödənilməməsi, icra sənədinin icrasını təmin etməməsi Şəxs məhkəmə qərarı ilə cərimə növündə tənbeh tədbiri tətbiq ediləcəyi halda cərimənin ödəniləcəyi imkanını istisna edir. Ona görə də məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş Şəxs tələbkara olan borcunu ödəmədiyini, icra sənədinin icrasından yayındığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 10 (on) gün müddətə inzibati həbs tətbiq edilsin. Həbsetmənin əvvəli 22 iyun 2020-ci il saat 11:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-583/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-583/2020
22.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver