Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-585/2022 06.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında 00800-0038/22 nömrəli, 19 aprel 2022-ci il tarixli protokola əsasən 19 fevral 2022-ci il tarixində, saat 03 radələrində PS 601 saylı Kiyev-Bakı avareysi ilə gələn sərnişinləri qarşılayan Azərbaycan Respublikası vətəndaşı Şəxs həmin aviareys ilə gələn sərnişinlərdən mallar qəbul edib Hava limanının qarşısındakı avtomobil dayanacağında olan nəqliyyat vasitəsinə yığıb Hava limanının ərazisini tərk etmək istəyərkən əməkdaşlar tərəfindən saxlanılmışdır. Nəqliyyat vasitəsinə baxış zamanı Şəxs idarə etdiyi «Toyota Corolla» markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön sərnişin oturacağının altından Azərbaycan Respublikası aksiz markası ilə markalanmayan 5 blok (50 qutu) “Heets” markalı siqaret, arxa oturacağının üst hissəsindən isə 2 blok (iyirmi qutu) “Heets” markalı siqaret aşkar olunmuşdur. Aşkar olunan siqaretlər qablaşdırılaraq protokol əsasında götürülmüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 490 manat dəyərində 7 blok “Heets” markalı siqaret sifariş vermişdir. Həmin siqaretləri özü üçün sifariş vermiş, bir qismini isə mağazaya satmağa verməyi düşünmüşdür. 19 fevral 2022-ci il tarixdə, saat 03:00 radələrində Kiyev- Bakı reysi ilə gələn tanışları həmin 7 blok siqaretləri gətirərək ona vermişlər. Lakin gömrük əməkdaşları həmin siqaretləri götürmüşlər. Məhkəmədən həmin siqaretlərin müsadirə edilməsini xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2022-ci il tarixli, 9/1290 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan “X1” markalı, ştirix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan elektron siqaretlərin 1 blokunun (10 qutu) 19 fevral 2022-ci il tarixə orta bazar qiyməti təxminən 70 manat, 7 blokunun qiyməti isə 490 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, iş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 490 manat dəyərində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan “X1” markalı 7 blok (70 qutu) siqaretlər müsadirə edilsin. İş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-585/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-585/2022
06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver