Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-585/2025 15.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X1 Xidmətinin nümayəndəsi Nümayəndə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X1 Xidmətinin bölmə rəisi X2 iştirakları ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X1 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X1 Xidməti tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında X1 Xidməti Publik Hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə 162 ünvanında avtomobil yolunun hərəkət hissəsində Şəxs tərəfindən müvafiq icazə almadan kommunikasiya xətti çəkilərək yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması faktı aşkar edilmişdir. 10 mart 2025-ci il tarixdə keçirilən inzibati xəta hadisəsi üzrə araşdırma təyin edilmiş və Şəxsnə 03 mart 2025-ci il tarixli 11-1/2-118-125/2025 nömrəli bildiriş məktubu, poçt və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Elektron Kabineti (hitps://nevv.e-taxes.gov.az/) vasitəsilə göndərilmişdir. Lakin Şəxs MMC tərəfindən inzibati xəta hadisəsi üzrə təyin edilmiş baxışa nümayəndəsinin iştirakı təmin edilməmiş və X1 Xidmətinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinin tələblərinə uyğun olaraq işə baxılmasının təxirə salınmasına dair vəsatət ünvanlanmamışdır. İnzibati xəta hadisəsinə yol verildiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinin tələblərinin pozulması səbəbindən Şəxs barəsində 10 mart 2025-ci il tarixli, MN Ne ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. MMC-nin direktoru Rashıd Avdoev barəsində də inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Dövlət Agentliyi X1 Xidmətinin bölmə rəisi X5 izahatında bildirmişdir ki, protokol onun tərəfindən tərtib edilmiş və müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə 162 ünvanında avtomobil yolunun hərəkət hissəsində Şəxs tərəfindən müvafiq icazə almadan kommunikasiya xətti çəkilərək yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması faktı aşkar edilmişdir. 10 mart 2025-ci il tarixdə keçirilən inzibati xəta hadisəsi üzrə araşdırma təyin edilmiş və Şəxsnə 03 mart 2025-ci il tarixli 11-1/2-118-125/2025 nömrəli bildiriş məktubu, poçt və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Elektron Kabineti (hitps://nevv.e-taxes.gov.az/) vasitəsilə göndərilmişdir. Lakin Şəxs MMC tərəfindən inzibati xəta hadisəsi üzrə təyin edilmiş baxışa nümayəndəsinin iştirakı təmin edilməmiş və X1 Xidmətinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinin tələblərinə uyğun olaraq işə baxılmasının təxirə salınmasına dair vəsatət ünvanlanmamışdır. İnzibati xəta hadisəsinə yol verildiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinin tələblərinin pozulması səbəbindən Şəxs barəsində 10 mart 2025-ci il tarixli, MN Ne ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. MMC-nin direktoru Rashıd Avdoev barəsində də inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X1 Xidməti Publik hüquqi şəxsdə mütəxəssis vəzifəsində işləyən X3 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə 162 ünvanında avtomobil yolunun hərəkət hissəsində Şəxs tərəfindən müvafiq icazə almadan kommunikasiya xətti çəkilərək yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması faktı aşkar edilmişdir. Onlara yaxınlaşdıqda özlərini təqdim etmədilər və onları təhqir etməyə başladılar. Sonradan bildilər ki, Şəxs MMC istixanalarına qaz çəkilməsi üçün qazıntı işləri aparır. Sonradan əraziyə polis çağırmışlar. Hadisə yerində ondan başqa iş yoldaşı Coşqun Qarayev, Cavid Cabbarov və Zəfər Səfərov da olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakılarını izahatlarını, şahidin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İXMnin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarxdə ünvan 2 ünvanında Şəxs MMC tərəfindən müvafiq icazə almadan avtomobil yolunun hərəkət hissəsində kommunikasiya xətti çəkməklə yol hərəkəti təhlükəsizliyi qaydaları pozulmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X1 Xidməti Publik hüquqi şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs MMC-nin direktoru Rashıd Avdoev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. -Şəxs MMC tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X1 Xidmətinə ünvanlanan ərizədən görünür ki, Şəxs MMC-yə məxsus olan Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 35.8 ha torpaq sahəsi üzərində inşa edilmiş və mülkiyyətində olan 14 ha istixananın bütün avadanlıq, qurğu və digər infrastrukturları ilə birlikdə istifadələrindədir. Sözügedən əmlakın qaz xətti 2000-ci ildən etibarən tərəflərindən müvafiq layihəyə, bütün infrastruktur digər kommunal xəttlərin tələbləri və qaydalara uyğun olaraq çəkilmişdir və həmin vaxtdan istifadələrindədir. Lakin sonradan qaz xəttinin yerləşdiyi ərazi hüdudlari daxilində qaz xəttinin üzərindən yol çəkilərək dəfələrlə qaz xəttinə zərər yetirmişlər. Dəfələrlə sözügedən qaz xəttinə dəymiş zərər tərəflərindən aradan qaldırılmışdır. xx.xx.2025-ci il tarixində sözügedən qaz xəttində sızma nəticəsində partlayış baş vermişdir və bununla bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq Şöbəsi tərəfindən cinayət işi başlanmışdır. Eyni zamanda qaz xəttində baş vermiş partlayışın nəticəsi araşdırılmaqdadır. Partlayış çəkilmiş yolun qaydalara riayət edilmədən çəkilməsi və qaz xəttinin qoruyucu hissəsi və təhlükəsizlik nəzərə alınmadan aparılmış işlər etibarilə baş vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 354.0.2-ci maddəsinə əsasən müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə- fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında işin hallarından müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə Şəxs MMC tərəfindən ünvan 2 ünvanında yerləşən 1 ədəd istixanaya qaz çəkilməsi üçün qazıntı işləri aparılmışdır. Eyni zamanda müəyyən olunur ki, qeyd olunan qazıntı işləri, əvvəlcədən Şəxs MMC tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən texniki şərtlər (razılıq) alınmadan başlanılmışdır. Bu halı iş materialları ilə təsdiq olunmuşdur. Belə ki, Şəxs MMC tərəfindən müvafiq icazənin alınmasına dair hər hansı sübut müəyyən edilməmişdir. Göründüyü kimi işin müəyyən edilmiş hallarına əsasən Şəxs MMC tərəfindən avtomobil yolunda yol hərəkəti təhlükəsizliyi qaydaları pozulmuşdur. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, Şəxs MMC-nin işçiləri tərəfindən hüquqi şəxsin mənafeləri üçün, onun xeyrinə və onun maraqlarının qorunması məqsədilə avtomobil yolunun hərəkət hissəsində qaz xətti çəkmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.” Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində İXM-nin 354.0.2-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXMnin 354.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-585/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-585/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver