Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-586/2020 23.06.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Bayramova Aynur Qabil qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru x4, tələbkar x5 nümayəndəsi x3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 saylı bağ evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru x7 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-897/2018 saylı 17 aprel 2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 11 avqust 2010-cu il təvəllüdlü x2 və 05 oktyabr 2012-ci il təvəllüdlü x8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 05 dekabr 2017-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində aliment tutularaq x5 xeyrinə tutulmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-897/2018 saylı 17 aprel 2018-ci il tarixli icra sənədini tam icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru x1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-897/2018 saylı 17 aprel 2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 11 avqust 2010-cu il təvəllüdlü x2 və 05 oktyabr 2012-ci il təvəllüdlü x8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 05 dekabr 2017-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində aliment tutularaq x5 xeyrinə tutulmalıdır. 23.06.2020-ci il tarixdə borclu Xəzər rayon İcra və Probasiya şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında aliment borcunu hazırda maddi imkanının olmadığı üçün ödəyə bilməyəcəyini bildirmiş, heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməkdən qərəzli olaraq ən müxtəlif bəhanələrlə yayınmışdır. Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qərarını indiyə qədər tam icra etməmişdir. Şəxs ilə aparılan söhbətlərin heç bir nəticəsi yoxdur. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar x5 nümayəndəsi x6 göstərdi ki, borclu Şəxs aliment borcunu vaxtlı-vaxtında və tam məbləğdə ödəmir. Hazırkı məhkəmə baxışı zamanı borclu ilə razılığa gəlmişlər ki, Şəxs aliment borcunu hər ay davamlı ödəməyəcəyinə söz vermişdir. Ona görə də borclu barəsində olan hazırkı inzabati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı aliment borcunu tam ödəyə bilməmiş, lakin məhkəmə baxışı zamanı tələbkarın nümayəndəsi ilə razılığa gəlmişlər ki, aliment borcunu hər ay davamlı ödəməyəckdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs maddi vəziyyətində olan çətinlikləri ilə bağlı 7710 manat aliment borcunu tam ödəyə bilməmiş, lakin məhkəmənin gedişində tələbkarın nümayəndəsi ilə razılığa gələrək aliment borcunu hər ay davamlı ödəyəcini vəd etmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 saylı bağ evində yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-586/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-586/2020
23.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver