Məhkəmə qərarları › İş №3(003)-586/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-586/2022

06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-586/2022 06.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında EP seriyalı ******* nömrəli, 13 aprel 2022-ci il tarixli protokola əsasən Şəxs MMC 29325 Avro məbləğində vəsaiti 12 mart 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 29325 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 göstərdi ki, Şəxs MMC ilə Türkiyədə fəaliyyət göstərən «X5 İslah Arge Z.T.S.G.T.İ.SAN ve Tic.Ltd.Şti» şirkəti arasında 58650 Avro dəyərində zeytun tinglərinin alınması ilə bağlı 202002-009 nömrəli, 11 fevral 2020-ci il tarixli müqavilə bağlanmışdır. Şəxs MMC həmin müqaviləyə əsasən «X5 İslah Arge Z.T.S.G.T.İ.SAN ve Tic.Ltd.Şti» şirkətinin bank hesabına avans yolu ilə 12 mart 2020-ci il tarixdə 29325 Avro məbləğində pul ödəmiş, bu pulun müqabilində 07 aprel 2020-ci il tarixdə 30634 Avro və 28016 Avro olmaqla, ümumilikdə 58650 Avro məbləğində mallar Azərbaycan Respublikasına idxal edilmiş və bununla bağlı müvafiq gömrük bəyannamələri verilmişdir. Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını və təqdim olunmuş sənədləri araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəxs MMC ilə «X5 İslah Arge Z.T.S.G.T.İ.SAN ve Tic.Ltd.Şti» şirkəti arasında 58650 Avro dəyərində zeytun tinglərinin alınması ilə bağlı 202002-009 nömrəli, 11 fevral 2020-ci il tarixli müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin köçürmə ərizəsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən «X5 İslah Arge Z.T.S.G.T.İ.SAN ve Tic.Ltd.Şti» şirkətinin xeyrinə 202002-009 nömrəli, 11 fevral 2020-ci il tarixli müqaviləyə əsasən 12 mart 2020-ci il tarixdə 29325 Avro məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə edilmiş 07 aprel 2020-ci il tarixli, **********6905 nömrəli gömrük bəyannaməsindən görünür ki, «X5 İslah Arge Z.T.S.G.T.İ.SAN ve Tic.Ltd.Şti» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 202002-009 nömrəli, 11 fevral 2020-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 30634 Avro məbləğində mallar bəyan edilmişdir. İş materiallarına əlavə edilmiş 07 aprel 2020-ci il tarixli, **********6894 nömrəli gömrük bəyannaməsindən görünür ki, «X5 İslah Arge Z.T.S.G.T.İ.SAN ve Tic.Ltd.Şti» şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 202002-009 nömrəli, 11 fevral 2020-ci il tarixli müqaviləyə əsasən göndərilmiş 28016 Avro məbləğində mallar bəyan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmədə müəyyən olundu ki, Şəxs MMC Türkiyədə fəaliyyət göstərən «X5 İslah Arge Z.T.S.G.T.İ.SAN ve Tic.Ltd.Şti» şirkətinə 11 fevral 2020-ci il tarixdə bağlanmış 58650 Avro dəyərində zeytun tinglərinin alınması ilə bağlı 202002-009 nömrəli müqaviləyə əsasən avans yolu ilə 12 mart 2020-ci il tarixdə 29325 Avro məbləğində pul ödəmişdir. Bu pulun müqabilində 07 aprel 2020-ci il tarixli, **********6905 nömrəli gömrük bəyannaməsinə əsasən 30634 Avro məbləğində, 07 aprel 2020-ci il tarixli, **********6894 nömrəli gömrük bəyannaməsinə əsasən isə 28016 Avro məbləğində, ümumilikdə 58650 Avro məbləğində mallar 2 il müddət ərzində Azərbaycan Respublikasına idxal edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta hadisəsi olmadığına görə Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar